Külək güclənəcək, havanın temperaturu enəcək - VİDEO

Külək güclənəcək, havanın temperaturu enəcək - VİDEO
SOSİAL
21:52 29.07.2026
210
Sabah və iyulun 31-də Bakıda və Abşeron yarımadasında gözlənilən küləkli hava ilə bağlı sarı və narıncı xəbərdarlıq elan edilib. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

AZXEBER.COM-un Xezerxeber.az-a istinadən məlumatına görə, bildirilib ki, sarı və narıncı xəbərdarlıq eyni zamanda bəzi bölgələrə də aiddir. Bakıda temperatur enəcək.

Bölgələrdə də əksər rayonlarda yağmursuz hava müşahidə olunacaq. Bəzi dağlıq ərazilərdə isə yağıntı gözlənilir.

Naxçıvan MR-də narıncı xəbərdarlığa uyğun olaraq cənub-şərq küləyi əsəcək. Avqustun 1-də isə havanın temperaturu aran rayonlarında 35-39, dağlıq ərazilərdə 23-28 dərəcə olacaq.  

OXŞAR XƏBƏRLƏR