Abşeron yarımadasında hava şəraiti həftənin ilk iş günü güclü küləkli və buludlu olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bazar günü Trend-ə bildiriblər ki, aprelin 23-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Axşam buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında arabir güclənəcək. Havanın temperaturu gecə 11-15° isti, gündüz 21-26° isti olacağı gözlənilir. Azərbaycan rayonlarında isə hava şəraiti əsasən gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Ayrı-ayrı dağlıq və dağətəyi rayonlarda intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 10-150 isti, gündüz 21-26° isti, dağlarda gecə 5-100 isti, gündüz 14-19° isti olacağı gözlənilir.