Kung-Fu üzrə Azərbaycan çempionatı keçirilib - FOTO

Kung-Fu üzrə Azərbaycan çempionatı keçirilib - FOTO
İDMAN
17:36 09.05.2019
3811
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Kung-Fu Federasiyasının birgə təşkilatçılığı ilə Sərhədçi İdman Olimpiya kompleksində Kung-Fu üzrə XXVII Azərbaycan çempionatı keçirilib.

AZXEBER.COM xəbər verir ki, yarışın açılış mərasimində çıxış edən Federasiyanın prezidenti, polis mayoru Nurlan Aslanov gənc nəslin sağlam ruhda böyümələri üçün var gücləri ilə çalışdıqlarını, Cənab Prezident İlham Əliyevin apardığı uğurlu idman siyasətinin ətrafında birləşdiklərini qeyd edib.

Nurlan Aslanov vurğulayıb ki, Azərbaycan çempionatında 41 idman klubu iştirak edir. Beş yüzdən çox idmançı bu gün qalibiyyət uğrunda vuruşacaq.
 
Daha sonra yarımfinal və final qarşılaşmaları baş tutub. Doqquz çəki dərəcəsində final qarşılaşmasında 56 kq da Səxavət Həsənov, 60 kq-da Murad Qasımov, 65 kq-da Toğrul Mikayılov, 70 kq çəkidə İsrafil Şabanov, 75 kq-da Yerkin Osmanov, 80 kq-da Telman Süleymanov, 85 kq-da Rafət Əsədov, 90 kq-da Əsgər Zeynallı və +90 kq-da Ruhin Şabanov Azərbaycan çempionu adını qazanıblar. Komandalar hesabında kişilər arasında yarışın fəxri kubokuna Cənub-Cəlilabad, gənclərdə Sərhədçi idmançıları, yeniyetmələr arasında isə Neftçi sahiblənib.
 
Qaliblər medal, kubok, diplomla təltif ediliblər.
 

 

 

 


OXŞAR XƏBƏRLƏR