Kür çayı Neftçala Rayon İcra Hakimiyyətinin və Ekologiyavə TəbiiSərvətlərNazirliyininnəzərindən kənar qalıb.
Neftçala sakinlərinin AZXEBER.COM-a göndərdiyi məktubda, Kür Çayının Neftçala ərazisindən keçən hissəsində neft artıqları ilə çirklənmə müşahidə olunub.
Sakinlərin sözlərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeli qurumları və İcra Hakimiyyətinin məsul şəxsləri mövcud vəziyyətin aradan qaldırılması üçün heç bir səy göstərmir:
“Çay demək olar ki, neft artıqları və məişət tullantıları ilə çirkləndirilib. Heç bir aidiyyatı qurum bununla məşğul olmaq istəmir”.
Sakinlər AZXEBER.COM-a çirkləndirməni əks etdirən fotoları da göndərib.





