Kür çayı üzərindəki körpünün tikintisi başa çatdı - FOTOLAR

Kür çayı üzərindəki körpünün tikintisi başa çatdı - FOTOLAR
Bütün Xəbərlər
10:38 22.08.2014
777

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən bildirilib.

Körpünün uzunluğu 317,7 m, qabariti Q-11,5, eni 14,85 m təşkil edir. Körpünün aşırım tirləri kəsilməyən monolit dəmir-beton tir olaraq, 3 aşırımdan ibarətdir. Orta aşırım tirlərinin uzunluğu 140 m , kənar tirlərin uzunluğu isə, 82 m təşkil edir. Aşırım tirlərinin en kəsiyi “korobka” şəkilli (içərisi boş) olmaqla, kənar hissələrdə hündürlüyü - 8,5 m, orta hissədə isə 3,5 m təşkil edir.

Xatırladaq ki, Kür çayı üzərindəki bu körpüdə, son illərdə ağıryüklü maşınların intensiv hərəkəti ilə əlaqədar olaraq tez-tez aşırım tavalarında çökmələr baş verir, nəqliyyatın hərəkəti dayandırılırdı. Sürücülər alternativ, daha uzun yollardan istifadə etməli olurdu ki, bu da sürücülərin və sərnişinlərin haqlı narazılığına səbəb olurdu.//APA

OXŞAR XƏBƏRLƏR