Azərbaycanda bir nəfər çaya düşüb.
AZXEBER.COM-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, 1 nəfər Kür çayının Bərdə rayonu, Məmmədli kəndi ərazisindən keçən hissəsinə düşüb.
FHN-in müvafiq xilasetmə qüvvələri əraziyə cəlb edilib və axtarışlara başlanılıb.