Kürdə faciə

Kürdə faciə
SOSİAL
12:09 11.08.2017
952
Kür çayında çimən 48 yaşlı kişi xəsarət alıb.

Şirvan şəhər sakini, 1969-cu il təvəllüdlü Həsənov Rövşən Sarıbala oğlu dostları ilə Kür çayında çimərkən suya tullanan zaman ciddi xəsarətlər alıb.

R.Həsənov qapalı onurğa beyni travması və 7-ci boyun fəqərəsinin sınığı diaqnozu ilə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Daha sonra Respublika Neyrocərrahiyyə Xəstəxanasına yola salınıb.

Hadisədən sonra onun ayaqlarının iflic olduğu bildirilir.
 
///APA
OXŞAR XƏBƏRLƏR