Kürdəmirdə dəhşətli qəza: Meyitlər yol kənarında qaldı

Kürdəmirdə dəhşətli qəza: Meyitlər yol kənarında qaldı
Bütün Xəbərlər
11:05 28.09.2014
3080
Faktla bağlı cinayət işi başlanıb.
Kürdəmir rayonunda dəhşətli yol qəzası baş verib.
AZXEBER.COM-un Lent.az-a istinadən məlumatına görə, Ağsu-Kürdəmir-İmişli-Bəhramtəpə yolunun Kürdəmir rayonu, Çöl Ərəb kəndindən keçən hissəsində “Mercedes” markalı yük maşını ilə “Ford” markalı minik avtomobili toqquşub. Nəticədə “Mercedes” markalı yük avtomobilin sıxılmış vəziyyətdə qalmış sürücüsü yanğınsöndürən-xilasedicilər tərəfindən çıxarılaraq Təcili Tibbi Yardım xidmətinə təhvil verilib. Minik avtomobilin sürücüsü 1986-cı il təvəllüdlü Babayev Ceyhun Bəybala oğlu və avtomobildə olan sərnişin, 1976-cı il təvəllüdlü İmaməliyev Ceyhun Qədir oğlu isə ağır bədən xəsarətlərindən hadisə yerində vəfat ediblər.
Onların yol kənarında qalmış meyitləri yolun kənarından götürərək aidiyatı üzrə təhvil verilib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar aparılır.
OXŞAR XƏBƏRLƏR