Kürdəmirdə qatar 59 yaşlı kişinin üstündən keçdi

Kürdəmirdə qatar 59 yaşlı kişinin üstündən keçdi
Bütün Xəbərlər
10:19 01.12.2014
604
Kürdəmir sakini qatarın altında qalaraq ölüb.

Hadisə noyabrın 30-da saat 23:30 radələrində rayonun Sığırlı kəndi ərazisində qeydə alınıb.

Kənd sakini, 1965-ci il təvəllüdlü Əflan Comərdov yaşadığı evin yaxınlığındakı dəmiryolu xəttini keçərkən qatar onu vurub.

Bədəni iki yerə bölünən Əflan Comərdov hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Kürdəmir Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.//APA

OXŞAR XƏBƏRLƏR