Kürdəmirdə ruhi xəstə intihar edib

Kürdəmirdə ruhi xəstə intihar edib
SOSİAL
13:43 29.03.2017
925
Kürdəmir sakini intihar edib.

Hadisə ötən gün axşam saatlarında rayonun Mürtülü kəndində baş verib.

Kənd sakini, 1964-cü il təvəllüdlü (53 yaş) Xalid İsmayıl oğlu Məmmədovun meyitini yaxınları həyətdəki qarajın tavanından asılı vəziyyətdə aşkarlayıblar.

Məlumata görə, X. Məmmədov ruhi xəstə olub.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR