Kürdəmirdə toy mərasimi xəstəxanada bitdi: 50-dən çox insan zəhərləndi

Kürdəmirdə toy mərasimi xəstəxanada bitdi: 50-dən çox insan zəhərləndi
SOSİAL
07:27 01.10.2026
118
Kürdəmirdə toy mərasimində zəhərlənənlərin sayı 50 nəfəri keçib.

AZXEBER.COM "Report"a istinadən bildirir ki, onlardan 7-si azyaşlıdır.

Qeyd edək ki, hadisə ötən gün şəhər ərazisində yerləşən "Günəş" şadlıq sarayında qeydə alınıb.

Zərərçəkənlər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Fakt araşdırılır.
OXŞAR XƏBƏRLƏR