Kürdəmirdə yol-nəqliyyat hadisəsi olub - xəsarət alanlar var

Kürdəmirdə yol-nəqliyyat hadisəsi olub - xəsarət alanlar var
HADİSƏ
22:43 31.01.2026
826
Kürdəmirdə bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə Bakı- Qazax avtomobil yolunun rayonun atakişili kəndindən keçən hissəsində baş verib.
Belə ki, hərəkətdə olan "Toyota" markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb.
Nəticədə 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Xəsarət alanlardan birinin vəziyyəti ağır olduğu üçün paytaxta göndərilib.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR