Kürdəmirdə özünü yandıran qadının vəziyyəti ağırdır

Kürdəmirdə özünü yandıran qadının vəziyyəti ağırdır
Bütün Xəbərlər
16:44 12.05.2014
819
"Kürdəmirdə özünü yandıran Sevil Nəsirovanın yaşama ehtimalı çox aşağıdır".
Bunu ANS PRESS-ə açıqlamasında Respublika Yanıq Mərkəzinin baş həkimi Vüqar Ələkbərovun əvəzedicisi həkim Sabir Mirzəyev deyib. Onun sözlərinə görə, Sevil Nəsirovanın bədəninin təxminən 70% yanıb.
“Üzərinə neft töküb özünü yandırdığı üçün bədəninin əksər hissəsi, baş və üz nahiyəsi yanıb. Bundan başqa yuxarı tənəffüs yolları da ciddi zərər görüb. Biz onun yaşaması üçün əlimizdən gələni edirik”, - Sabir Mirzəyev bildirib. Həkimin sözlərinə görə, sabah zərərçəkənin sarğıları açılaraq yenidən müayinə ediləcək.
Qeyd edək ki, Kürdəmir rayonu Qədimli kənd sakini 37 yaşlı Sevil Nəsirova mayın 10-da yaşadığı evin həyətində üstünə neft tökərək özünü yandırmışdı. Kürdəmir rayon polis şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, Sevil Nəsirova qayınanası və qayınatası ilə mübahisə etdiyi üçün özünü yandırmağa qərar verib.
OXŞAR XƏBƏRLƏR