Kürdlərin referendumunun rəsmi nəticəsi açıqlandı

Kürdlərin referendumunun rəsmi nəticəsi açıqlandı
SOSİAL
20:00 27.09.2017
1058
İraq Kürd Regional Hökumətinin 25 sentyabrda keçirdiyi müstəqillik referendumunun rəsmi nəticəsi açıqlanıb.
 
AZXEBER.COM "Qafqazinfo-ya istinadən xəbər verir ki, nəticələri İraq Kürd Regional Hökuməti Müstəqil Ali Seçki və Referendum Komissiyası açıqlayıb.
 
Məlumata görə, seçkidə 3 milyon 305 min 925 nəfər iştirak edib. Lakin, 3 milyon 85 min 935 səs etibarlı sayılıb. 21 min 180 nəfərin səsi etibarsız hesab edilib.
 
Yekun nəticəyə əsasən, səslərin 92,73 faizi İraqdan ayrılmaq üçün verilib.
OXŞAR XƏBƏRLƏR