Kuril adaları akvatoriyasında 5 bal gücündə zəlzələ olub.
AZXEBER.COM xəbər verir ki, bu barədə Yujno-Saxalinsk seysmik stansiyası məlumat verib.
Məlumata görə, yeraltı təkanları Severo-Kurilsk sakinləri də hiss ediblər.
Zəlzələnin episentri Severo-Kurilskdən 76 km cənub-şərqdə, ocağı isə 39 kilometr dərinlikdə olub.
Bölgədə sunami xəbərdarlığı edilməyib.











































