‘Kurtlar Vadisi Pusu’ ən yaxşı serial seçildi

‘Kurtlar Vadisi Pusu’ ən yaxşı serial seçildi
Bütün Xəbərlər
11:15 27.02.2012
1930

Prokuror Leyla və komisar Mesud isə ilin ən yaxşı qadın və kişi aktyoru seçildilər

Reytinq rekordçusu “Kurtlar Vadisi Pusu” serialı ən yaxşı serial seçildi. Türkiyə Samsun vilayəti “19 may” universitetinin (OMU) təşkilatçılığı keçirilən “2-ci OMU Mətbuat mükafatı” tədbirləri çərçivəsində ölkə şou-biznesinin nümayəndələrinə müxtəlif nominasiyalar üzrə mükafatlar verilib. Qeyd edək ki, “Kurtlar Vadisi Pusu” serialında prokuror Leyla obrazını canlandıran Çiğdem Batur ilin ən yaxşı aktrisası, Azərbaycan tamaşaçılarının “Arka Sokaklar” serialından komissar Mesud obrazıyla tanıdığı Şevket Çoruh isə ilin ən yaxşı aktyoru seçilib. Tədbirdə daha 26 kateqoriya üzrə mükafatlar öz sahibini tapıb.(anspress)

OXŞAR XƏBƏRLƏR