“Kurtlar Vadisi Pusu”da Ərdoğan sui-qəsdi gündəmə gətirildi - VİDEO

“Kurtlar Vadisi Pusu”da Ərdoğan sui-qəsdi gündəmə gətirildi - VİDEO
Bütün Xəbərlər
11:33 28.01.2012
2008

Filmdəki “Mossad” agenti “Bir Liderin Doğuşu: Recep Tayyip Erdoğan” kitabını incələyir

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan barədə yazılmış kitab reytinq rekordçusu “Kurtlar Vadisi Pusu” serialının son seriyasında nümayiş olunub. AKP (Hakim Ədalət və İnkişaf Partiyası) İstanbul millət vəkili Hüseyn Besli və şair-yazıçı Ömər Özbay tərəfindən yazılmış “Bir Liderin Doğuşu: Recep Tayyip Erdoğan” kitabını filmdəki “Mossad” agenti incələyir.Qeyd edək ki, son illər İsrailə istiqamətlənmiş tənqidi çıxışları ilə dünya ictimaiyyətinin gündəmində olan Rəcəb Tayyib Ərdoğanın bu ölkənin xüsusi xidmət orqanı “Mossad”ın hədəfində olduğu iddia olunmuşdu. “Kurtlar Vadisi Pusu” serialının senari müəllifi isə filmində kiçik bir kadrla bu məsələyə toxunub.Xatırladaq ki, bir neçə ildir Türkiyənin gündəmini məşğul edən “Ergenekon” iddianaməsində bu məsələ öz əksini tapmış, “Mossad”ın Ərdoğana sui-qəsd cəhdi üçün Türkiyədəki Doğu bəy adlı bir şəxsdən təlimat gözlədiyi qeyd edilmişdi.

Ans Press

OXŞAR XƏBƏRLƏR