‘Kurtlar Vadisi’ndə Ərdoğanla bağlı şok görüntü yayımlandı – VİDEO FAKT

DÜNYA
17:07 20.05.2012
2581

Kurtlar Vadisi Pusu serialının 159-cu bölümü böyük qalmaqala səbəb olub.

AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, serialın 159-cu bölümünün sonuncu səhnəsində baş qəhrəman Polad Alemdar “Ərdoğan” adlı məzarın yanından keçir.

TNT kanalında yayımlanan serialdakı bu görüntülər Türkiyə mətbuatının gündəmindən düşmür. Bəzi saytlar və qəzetlər bunun birbaşa baş nazir Ərdoğanla bağlı olduğunu bildirirlər. Qeyd edilən məlumatlara görə, burada Ərdoğanın hakimiyyətə gəldiyi gündən məhv etdiyi insanların bir qəbirsanlığa sığmadığını göstərir.

Serialı istehsal edən “Pana Film” şirkəti isə məsələ ilə bağlı rəsmi açıqlama yayıb. Şirkət bu cür xəbərlərin tamamilə əsassız olduğunu bildirib.

AZXEBER.COM portalı qalmaqala səbəb olan həmin görüntüləri təqdim edir.

OXŞAR XƏBƏRLƏR