“Kurtlar Vadisi”nin “İsgəndəri Azərbaycan serialına çəkiləcək

MARAQLI
00:21 27.08.2011
2258

Bir çox məşhur Azərbaycan və Türkiyə aktyorunun rol alacağı serial “Qaranlıqlar çiçəyi” adlanır. İTV-də yayımlanması nəzərdə tutulan serialın əsas mövzusu eşq və intiqamdır. Uşaqkən atasının xaincəsinə öldürülməsinə şahidlik edən Lalə adlı qızcığaz böyüyəndə hüquqşünas sənətinə yiyələnib intiqam almaq fikrindədir. Lakin zaman öz işini görür və Lalə atasının qatili sandığı adama getdikcə aşiq olmağa başlayır. Daha sonra isə bəlli olur ki, qatil heç də onun sandığı adam deyilmiş. Həm Lalə, həm də qatil hesab edilən Samir böyük bir oyunun içində olduqlarını fərq etmirlər. Melodrama janrında çəkiləcək serial 39 hissədən ibarət olmaqla bu il sentyabrın 25-dən (və ya oktyabrın 5-dən) başlayaraq, İTV-nin axşam proqramlarında yayımlanacaq. Filmin rejissoru Türkiyənin Kanal D televiziyasında yayımlanan “Aşk Yakar” serialının da rejissoru olan Mehmet Ulukan, operatoru isə “Kurtlar Vadisi”nin operatoru Bülent Özekdir. Onu da qeyd edək ki, filmdə Azərbaycan tərəfdən Rasim Balayev, Səfurə Əlizadə, Günəş Mehdi, Nəsimi Mirzə, Abbas Qəhrəman, Zaur Şəfi, Arifə İslam və Vüqar Əlinin rol alması planlaşdırılır. Türkiyə tərəfdən isə “Kurtlar Vadisi Pusu”nun məşhur İsgəndər Böyük rolunun ifaçısı Mustafa Uzunlarla birlikdə Osman Albayrak, Mustafa Üstündağ (“Kurtlar Vadisi Pusu”da Muro), Bülent Şakrak, Begüm Kütük, Hüseyin Avni Danyal (“Kurtlar Vadisi Pusu”da Bulut), Ebru Özkan, Güler Ökten kimi tanınmış aktyorlar yer alacaq.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

19:06 12.02.2025

“Barselona” Levandovski ilə müqavilə müddətini uzadacaq

18:52 12.02.2025

Rusiya PUA istehsal edən Ukrayna müəssisələrinə raket zərbəsi endirib

18:39 12.02.2025

İran Trampın təzyiqinə görə ABŞ ilə danışıqlardan imtina edib

18:26 12.02.2025

Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir

17:54 12.02.2025

Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib, 100-dən çox müraciətə baxılıb

17:38 12.02.2025

Sumqayıt Dövlət Universitetinə yeni rektor əvəzi təyin olundu - RƏSMİ

17:37 12.02.2025

Polşada ən çox bu ölkələrin vətəndaşları cinayət törədib: Gürcüstan, Ukrayna, Belarus

17:32 12.02.2025

"Azərbaycan bizim ölkəyə Afrika bazarlarının qapısı kimi baxa bilər"

17:23 12.02.2025

“Yapı Kredi Bank” Azərbaycanda müştərilərin ən çox şikayət etdiyi bank oldu - SİYAHI

17:21 12.02.2025

Somali Prezidenti: Azərbaycan bizim ölkəyə Afrikanın bazarlarına qapı kimi baxa bilər

17:19 12.02.2025

İlham Əliyev: Azərbaycanda təhsil alan Somalidən olan tələbələrin sayı artacaq

17:15 12.02.2025

Əməliyyata pulumuz çatmadı, yoldaşımı itirdik - "Talassemiya işi"

17:10 12.02.2025

Evi olmayan şəxs həbsə girmək üçün cinayət işlədi

16:53 12.02.2025

Sevda Ələkbərzadə Bakı Konqres Mərkəzində konsert verəcək

16:48 12.02.2025

Polisə dəstək olanların xüsusi geyim formaları olacaq

16:46 12.02.2025

Yığışdırın rus dilində danışanlara "mız qoymağı!" - Nura