Kürün suyu artdı

Kürün suyu artdı
Bütün Xəbərlər
17:30 01.10.2012
865
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti çaylardakı sululuğun vəziyyətini açıqlayıb.
Nazirliyin mətbuat xidmətindən AZXEBER.COM-a verilən xəbərə görə,hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 90-140, Kiçik Qafqazın çaylarında 60-70, Lənkəran-Astara bölgəsi çaylarında 25-55, Naxçıvan MR çaylarında isə 60 faizini təşkil edir.
Oktyabrın 1-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm azalma qeydə alınıb.Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 5 sm azalma müşahidə olunub.
Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 5 sm, Şirvanda 20 sm, Araz çayının Novruzlu məntəqəsində 10 sm artım, Salyanda 5 sm, Bankədə isə suyun səviyyəsində 1 sm azalma qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 342 sm, Şirvanda 205 sm, Salyanda 170 sm, Bankədə 202 sm, Araz çayının Novruzlu məntəqəsində isə 170 sm təşkil edir.
Gülxar Şərif
OXŞAR XƏBƏRLƏR