İnsanlar incik düşəndə fərqli davranırlar. Kimi dərhal danışıb problemi həll etməyə çalışır, kimi günlərlə susur, bəziləri isə heç nə olmamış kimi davransa da, daxilən hər şeyi yadda saxlayır.
AZXEBER.COM xəbər verir ki, astrologiyada bu davranışlar bürclərin xarakter xüsusiyyətləri ilə əlaqələndirilir.
Bəs görəsən, bürclər küsəndə necə davranır və barışmaq üçün ilk addımı kim atır?
Qoç – Əsəbiləşəndə hisslərini gizlətmir. Sərt danışa, ani reaksiya verə bilər. Ancaq qəzəbi tez soyuduğu üçün çox vaxt ilk barışan da özü olur.
Buğa – İncidiyi zaman geri çəkilir. Onun könlünü almaq asan deyil. Bir dəfə etibarı qırıldıqda əvvəlki münasibətə qayıtması çətinləşir.
Əkizlər – Küsəndə bəzən danışmaqdan qaçır, bəzən isə hər şeyi uzun-uzadı izah edir. Ən çox diqqətsizlikdən və anlaşılmamaqdan narahat olur.
Xərçəng – Hər şeyi ürəyinə salır. Kiçik bir söz belə onu incidə bilər. Barışmaq istəsə də, qarşı tərəfin ilk addımı atmasını gözləyə bilər.
Şir – Qüruru onun ən həssas nöqtəsidir. Haqlı olduğunu düşünürsə, asanlıqla geri addım atmır. Üzr istəməkdən çox, qarşı tərəfin səhvini anlamasını istəyir.
Qız – İncidiyi hadisəni xırdalığına qədər analiz edir. Hər şeyi unudub davam etməkdənsə, problemin səbəbini anlamağa çalışır.
Tərəzi – Mübahisəni sevmir və münasibətlərdə tarazlığın qorunmasını istəyir. Çox vaxt ilk barışıq addımını özü atır, amma incikliyini daxilində saxlaya bilər.
Əqrəb – İncidiyini hər zaman açıq göstərmir. Susmağı və məsafə saxlamağı seçə bilər. Etibarı sarsıldıqda isə əvvəlki münasibəti bərpa etmək onun üçün çətin olur.
Oxatan – Uzun müddət küsülü qalmağı sevmir. Problemi açıq danışıb geridə qoymağa çalışır. Ancaq özünü məhdudlaşdırılmış hiss edərsə, uzaqlaşa bilər.
Oğlaq – Hisslərini büruzə verməməyə çalışır. İncisə belə, bunu dərhal göstərməyə bilər. Onun üçün sözlərdən daha çox davranışlar önəmlidir.
Dolça – Küsəndə emosional mübahisədən qaçaraq özünə qapanır. Bəzən heç bir izah vermədən məsafə saxlaya bilər.
Balıqlar – Həssas və duyğusal yanaşması ilə seçilir. İncidiyi sözləri uzun müddət unutmur. Barışmaq istəsə də, qarşı tərəfdən səmimi münasibət gözləyir.
Aynur Babazadə











































