Küveytdə neft emalı zavodunda güclü yanğın baş verib.
Hadisə nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir.
İlkin məlumatda qeyd olunur ki, yanğın Küveyt paytaxtının yaxınlığında yerləşən "Əhmədi” limanındakı zavodda başlayıb.
Küveyt Milli Neft Şirkətindən verilən məlumata görə, hazırda hadisə yerində çox sayda yanğınsöndürən çalışır.