Küveytdəki səfirliyimizdə silsilə tədbirlər həyata keçirilir - FOTOLAR

Küveytdəki səfirliyimizdə silsilə tədbirlər həyata keçirilir - FOTOLAR
Bütün Xəbərlər
14:31 09.05.2012
1123

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 89-cu il dönümü münasibətilə Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyi tərəfindən silsilə tədbirlər həyata keçirilmişdir.

Səfirliyin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, həmin tədbirlər çərçivəsində 09 may 2012-ci il tarixində səfirlik və Küveytdə yaşayan və işləyən Azərbaycan Respublikası vətəndaşlarını özündə birləşdirən “Vətənsevər” dostluq cəmiyyəti tərəfindən, həmvətənlərimizin, eyni zamanda Küveyt siyasi-ictimai xadimlərinin və vətəndaşlarının iştirakı ilə səfirliyin akt zalında tədbir keçirilmişdir.

Tədbirin açılışında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, daha sonra, səfir Tural Rzayev çıxış edərək, Ümummilli lider Heydər Əliyevin müstəqilliyimizin əldə olunması, möhkəmləndirilməsi, qorunub-saxlanmasında əvəzsiz rolunu vurğulamış, təməli Ümummilli lider tərəfindən qoyulmuş daxili və xarici siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində ölkəmizin hərtərəfli inkişafı və beynəlxalq aləmdə artan nüfuzu barədə tədbir iştirakçılarına geniş məlumat verdmişdir.

Azərbaycanın İslam və ərəb dövlətləri, o cümlədən Küveytlə münasibətlərinə toxunuan səfir mövcud olan əlaqələrin qurulması və inkişafında Ümummilli liderimizin böyük rolunu vurğulamış, Prezident İlham Əliyevin 2009-cu ilin fevral ayında Küveytə səfərinin əhəmiyyətini qeyd etmişdir.

Bununla yanaşı, səfirliyin foyesində Ümummilli liderin xatirəsinə həsr olunmuş stend tərtib olunmuş, təbliğat xarakterli materiallar, eyni zamanda Ulu öndərin zəngin həyat və fəaliyyəti barədə sənədli film nümayiş etdirilmişdir.

Elə həmin gün Küveytin geniş oxucu kütləsinə malik, çoxtirajlı "Əl-Ray" qəzetində səfir T.Rzayevin geniş məqaləsi dərc olunmuşdur. Məqalədə Azərbaycan xalqının Ümummilli liderinin zəngi həyat və fəaliyyəti işıqlandırmış, ölkəmizin sosial - iqtisadi inkişafında Heydər Əliyev mühüm rolu vurğulanmaqla yanaşı, Sovet İttifaqı Siyasi bürosunda yeganə müsəlman lider olan Ulu öndərin Ərəb və İslam dünyasının dostu kimi, Ərəb dünyası problemlərinin ədalətli həllinin əzmli tərəfdarı olması barədə oxuculara ətraflı məlumat verilmişdir.

Məqalədə Azərbaycan xalqının Ümummilli liderinin adını daşıyan, bu qayğıkeş insanın böyük xeyriyyəçilik amallarını davam etdirən “Heydər Əliyev fondu”nun ölkəmizdə və onun hüdudlarından kənarda həyata keçirdiyi layihələr, həmçinin Fondun Prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fəaliyyəti barədə oxuculara məlumat verilmişdir.

Səfirlik tərəfindən həyata keçirilən silsilə tədbirlər çərçivəsində, 10 may tarixində sabiq SSRİ məkanında təhsil almış, yaxud Sovet İttifaqı respublikaları vətəndaşları ilə ailə qurmuş və hal-hazırda Küveytdə yaşayan və müxtəlif sahələrdə çalışan şəxsləri özündə birləşdirən, beynəlxalq “TİES” mərkəzində Azərbaycan xalqının Ümummilli liderinin anadan olmasının 89-cu il dönümü münasibətilə tədbir keçirilməsi nəzərdə tutulur.

Qeyd etmək lazımdır ki, “TİES” mərkəzi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Dostluq” ordeni ilə təltif olunmuş Küveyt Dövləti Vəqflər və İslam məsələləri nazirinin birinci müavini, ölkəmizin yaxın dostu Dr. Adil Abdullah Əl-Fəlahın himayəsi altında fəaliyyət göstərir.

Göstərilən tədbirdə nazir müavini Dr. A. Əl-Fəlah, səfir T. Rzayevin Ulu öndərin zəngin həyat yolunu əks etdirən çıxışı, Dr. A. Əl-Fəlahın Azərbaycan xalqının Ümumilli lideri haqqında ərəb dilində yazdığı, Azərbaycan, ingilis və rus dillərinə tərcümə olunmuş “Heydər Əliyev və milli-mənəvi dəyərlər” kitabının iştirakçılara təqdim olunması nəzərdə tutulmuşdur.

OXŞAR XƏBƏRLƏR