Alman Die Welt Qəzetinin xəbərinə görə də Ukrayna Dövlət Başçısı Yanukoviç, Davosda 2012 Avropa Futbol Çempionatının, şabalıd ağacları və qadınların gözəlliyi ilə tanınan Ukraynanı turistlər üçün cazibədar edən ünsürlərdən biri olduğunu söylədi.
Yanukoviç, `Qadınlarımız bahar fəslində soyunacaqlar, bu gözəlliyi görmək, mükəmməl bir şeydir` deyə bildirmişdir. Yanukoviçin bu sözləri seks turizminin reklamı və cinsiyyət ayrı-seçkilikçiliyi etməklə bağlı yaman tənqid olunub.