Laçın qayıdışa doğru

Laçın qayıdışa doğru
KÖŞƏ
11:22 18.05.2011
4287

Andronikın qoşunu Zabux, Həkəri çaylarında, Laçının ətrafında cəsur ərənlərimiz tərəfindən darmadağın edildi. Laçın mənim nəzərimdə əsl igidlər yurdu, böyük şeir sənət adamlarının ilk beşiyi, ilk qanad açdığı müqəddəs bir bölgəmizdir.

Bu gün Laçının xalqımıza bəxş etdiyi qəhrəmanları, şair və yazıçıları, nümayəndələrini saymaqla qurtarmaz. Laçın milli qürur yerimiz, mənəvi paklığımızın zirvəsi sayılırdı desəm səhv etmərəm. Laçın yaşayırdı, yaradırdı, ucalırdı. Çox-çox təəssüflər olsun ki, o zaman erməni daşnakları, rus şovinistləri tərəfindən Laçınımız zəbt olundu.

Sanki millətin əl-qolunu bağladılar. 60-70 min əhalisi olan Laçını uçuruma yuvarladılar.Fəqət, Laçın məğrurluğunu itirmədi.Bu gün aran həyatını yaşayır. Adamın dili gəlmir Laçınlılara qaçqın-köçkün, didərgin desin. Laçın sərbəst olsaydı ən azı 50-60 il o səngər qayalara sığınıb müqəddəs ata-baba yurdunu, gorgahlarını qoruyardılar, təəssüf, çox təəssüf.

Bu günlərdə Ağcabədinin taxta-körpü deyilən ərazisində yerləşən Laçın rayonunun əmək adamları, ziyalıları, elm və mədəniyyət xadimləri, şeir-sənət ustaları ilə görüşdük. Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anarın Yazıçılar Birliyinin birinci katibi, xalq şairi Fikrət Qocanın, sədrin müşaviri Rauf Aslanovun iştirakı ilə keçirilən görüş olduqca səmimi, ürəkaçan duyğularla zəngin oldu. Fikrət Qocanın şeiri ilə hamımız Laçına, onun əsrarəngiz dağlarına, müqəddəs yerlərinə qayıtdıq.

Bayatı janrının böyük ustası Sarı Aşığı, onun sədaqətli sevgilisi Yaxşını andıq, Soltan bəyi xatırladıq. Doğrusu kövrəldik. Çıxışları dinlədik. Ən əsası odur ki, indi solan bir yerdə olduqca gözəl bir şəhər salınıb. İnsanların firavanlığı üçün nəhəng addımlar atılıb. Görüşdə laçınlılar böyük inam və qətiyyətlə danışdılar. Onların hamısı Laçına qayıdış ruhunda köklənib. İtkilərimiz həddindən artıq olsa da laçınlılar yenə məğrurdu, ali baş komandanımız hər hansı saatda döyüş əmri versə laçınlılar şir kimi irəli atılmaq mənfur düşməndən layiqli qisas almaq əzmindədir.

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 31 oktyabr tarixli Sərəncamı ilə edilmiş əlavələrə uyğun olaraq laçınlı məcburi köçkünlərin məskunlaşdığı Taxta-körpüdəki fin tipli evlərin yerində 313 ailəlik yeni qəsəbə salınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı əsasında Taxta-körpü ərazisindən 63 hektar torpaq sahəsində, Ağcabədi rayonunda “Alman” və “Taxta-körpü” fin tipli qəsəbələrdə məskunlaşıb

221 laçınlı məcburi köçkün ailəsi üçün isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 avqust 2008-ci il tarixli 275 nömrəli sərəncamı ilə Taxta-körpü ərazisində 48 hektar torpaq sahəsi ayrılmış, layihələndirmə işləri başa çatmış, yaxın günlərdə tikinti işlərinə başlanılması nəzərdə tutulmuşdur.

Taxta-körpü ərazisində məskunlaşmış məcburi köçkünlərin yaşayış şəraitlərinin yaxşılaşdırılması üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 14 aprel 2010-cu il tarixli sərəncamı ilə ərazidə 3137 ailə üçün yeni daş evlərin tikilməsi məqsədilə 627,5 hektar torpaq sahəsi ayrılmış, layihələndirmə işlərinin başlanılması üçün müvafiq göstəriş verilmişdir.

Növbəti ildə tikinti işlərinə başlanılması nəzərdə tutulmuşdur.Biz laçınlılara əlvida demədik, yenə o yerlərə, xüsusən ana Laçına qayıtmaq arzusu ilə xudahafizləşdik. Ümumi arzumuz belə oldu: mütləq, mütləq doğma, ulu yurdumuza qayıdacağıq!

Laçın abidələri

1. Daş qutusu – dəmir dövrü (Abdallar kəndi)

2. Kurqan – Dəmir dövrü ( Cicimli kəndi)

3.“Qızqəbri” kurqanı – dəmir dövrü (Cicimli kəndi)

4. Kurqan – dəmir dövrü (Cicimli kəndi)

5. Kurqan – tunc dövrü (Ziyrik kəndi)

6. Kurqan – dəmir dövrü (Qoçaz kəndi)

7. Kurqan – dəmir dövrü (Güləbird kəndi)

8. Mağara məbədi – V əsr (Qoçaz kəndi)

9. Məbəd – XIX əsr (Ağoğlan çayının sahilində)

10. Məlik Əjdər türbəsi – XIV əsr (Cicimli kəndi)

11. Türbə - XVII-XVIII əsrlər (Cicimli kəndi)

12. Bulaq – XV əsr (Quşçu kəndi)

13. Behbudlu bulağı – XV əsr (Göybulaq kəndi)

14. Daşbulaq bulağı – XVII əsr (Pircahan kəndi)

15. Bulaq – XVII əsr (Sus kəndi)

16. Bulaq – XVII əsr (Seyidlər kəndi)

17. Məbəd – XVII əsr (Hoçaz kəndi)

18. Körpü – XVIII əsr (Böyqala kəndi, Həkəri çayının üzərində)

19. Türbə - (Güləbird kəndi)

20. Həmzə Soltan sarayı – 1761-ci il (Hüsülü kəndi)

21. Soltan Əhməd sarayı - ? (Soltanlar kəndi)

22. Soltan Baba türbəsi – XIX əsr (Zeyvə kəndi)

23. Şeyx Əhməd türbəsi – XIX əsr (Zeyvə kəndi)

24. Türbə – XIX əsr (Zeyvə kəndi)

25. Kafir-Qala – XVII əsr (Zeyvə kəndi)

26. Məscid – 1718-ci il (Qaraqışlaq kəndi)

27. Qala – XI əsr (Qaraqışlaq kəndi)

28. Dəmirovlu Pir məbədi – XI əsr (Qaraqışlaq kəndi)

29. Məscid - ? (Piçəniz kəndi)

30. Məbəd – XVII əsr (Piçəniz kəndi)

31. Məbəd – XII əsr (Qorçu kəndi)

32. Məbəd – X əsr (Aşağı Fərəcan kəndi)

33. Məbəd – XV əsr (Şəlvə kəndi)

34. Məbəd – XVI əsr (Əhmədli kəndi)

35. “Abad xeyir” türbəsi – XVI əsr (Əhmədli kəndi)

36. Körpü - XIX əsr (Əhmədli kəndi)

37. Məbəd – XV əsr (Minkənd kəndi)

38. İki tağlı məbəd – XIX əsr (Minkənd kəndi)

39. Bir tağlı məbəd – XIX əsr (Minkənd kəndi)

40. Mağara qalası - XV əsr (Güləbird kəndi)

41. Sınıq körpü – XV əsr (Ağdərə kəndi)

42. Qala – XIX əsr (Quşçu kəndi)

43. Sadınlar qalaçığı – XIX əsr (Quşçu kəndi)

44. Körpü – XIX əsr (Qaraqaş yaylağı)

 

Ənvər Əhməd

Azərbaycan Yazıçılar Birliyinin Qarabağ bölməsinin sədri

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Mask “X”-də yaranan nasazlıqdan sonra öz şirkətlərinə fokuslanmaq qərarına gəlib
06:46 25.05.2025
Mask “X”-də yaranan nasazlıqdan sonra öz şirkətlərinə fokuslanmaq qərarına gəlib
Tramp: ABŞ Rusiya-Ukrayna müharibəsində dronlardan istifadə təcrübəsini öyrənir
03:26 25.05.2025
Tramp: ABŞ Rusiya-Ukrayna müharibəsində dronlardan istifadə təcrübəsini öyrənir
ABŞ-nin xüsusi nümayəndəsi Suriya Prezidenti ilə görüşüb
03:15 25.05.2025
ABŞ-nin xüsusi nümayəndəsi Suriya Prezidenti ilə görüşüb
KİV: İsrail Ordusu bütün quru və tank qoşunlarını Qəzzaya yerləşdirib
01:24 25.05.2025
KİV: İsrail Ordusu bütün quru və tank qoşunlarını Qəzzaya yerləşdirib
Sibel Can ərə getməsi xəbərini təkzib edib
00:11 25.05.2025
Sibel Can ərə getməsi xəbərini təkzib edib
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
23:40 24.05.2025
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
23:30 24.05.2025
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
23:08 24.05.2025
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
22:47 24.05.2025
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
22:23 24.05.2025
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
22:15 24.05.2025
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
21:52 24.05.2025
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
21:27 24.05.2025
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
20:59 24.05.2025
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
20:47 24.05.2025
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
20:34 24.05.2025
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub