Laçının işğalından 19 il ötür

Laçının işğalından 19 il ötür
Bütün Xəbərlər
09:24 17.05.2011
1574

 1992-ci il mayın 17-də ermənilər rayonun yüzlərlə mədəni-məişət obyektini, onlarla qəsəbə, kənd və tarixi abidələrini dağıdaraq talan edib. İşğal nəticəsində 63 min 341 azərbaycanlı öz yurdundan didərgin düşüb.

Əhəmiyyətli geostrateji mövqeyə malik, 1835 kvadrat kilometr ərazisi olan Laçın rayonu 1930-cu ildən inzibati ərazi vahidi kimi tanınıb. Qeyd edək ki, 63 minə yaxın əhalisi olan rayonun 122 kəndi var idi. Erməni silahlı qüvvələrinin işğalı nəticəsində burada 30-dan artıq mədəniyyət və tarixi abidə dağıdılıb. Bundan başqa, erməni qüvvələri rayonun yüngül sənaye mərkəzlərini, kənd təsərrüfatı sahalərini yararsız hala salıb.


 

OXŞAR XƏBƏRLƏR