Laçına "Böyük Köç" Azərbaycan iqtisadiyyatına nə vəd edir? - AÇIQLAMA

Laçına "Böyük Köç" Azərbaycan iqtisadiyyatına nə vəd edir? - AÇIQLAMA
SİYASƏT
17:56 17.11.2023
399
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin tapşırığına əsasən, yenidən qurulan Laçın rayonuna keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.

Noyabrın 16-da Laçının Zabux kəndinə yola düşən növbəti köç karvanı ünvanına çatıb.

Böyük köçdən dərhal sonra yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.

Mərasimdə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Azərbaycan Respublikası Prezidentinin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəliyinin, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun rəsmiləri iştirak ediblər.
 
31 ildən sonra yenidən doğma kəndinə qədəm qoyan ailələr sevinc göz yaşlarını saxlaya bilməyiblər.

Bəs işğaldan azad edilmiş ərazilərimizə böyük qayıdış, xüsusən də Laçına köç karvanının çatması Azərbaycan iqtisadiyyatına hansı töhfələri verəcək?

Milli Məclisinin deputatı Vüqar Bayramov AZXEBER.COM-a Laçın rayonunun Zabux kəndinə növbəti köç karvanının çatmasını belə şərh edib:
 
"Laçın Azərbaycanın üçün strateji əhəmiyyət daşıyan bölgələrindəndir. Bu kontekstdən çıxış edərək deyə bilərəm ki, Laçında məskunlaşmanın intensivləşməsi çox sevindirici haldır. Eyni zamanda Laçın iqtisadi baxımdan vacib rayonlarımızdan biridir. Yalnız aqrar deyil, sənaye və xidmət sektorunda da böyük potensiala malik olan rayonlarımızdandır".
 
Laçının yerli və xarici investisiyalar üçün cəlbedici olacağını deyən deputat xidmət və turizm sektorunda da üstünlüyə sahib olduğunu bildirib:

"Laçın yerli və xarici investisiyalar üçün cəlbedici olacaq. Laçın xüsusən də turizm və xidmət sektorunda böyük üstünlüklərə sahib rayonlarımızdandır. Laçın Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalına da xüsusi töhvə verəcək. O cümlədən heyvandarlıq məhsullarının istehsalına töhvəsinin yüksək olacağı da gözlənilir. 
 
Laçında məskunlaşma strateji baxımdan da vacibdir. Eyni zamanda, bu bütövlükdə bölgənin iqtisadiyyatının formalaşması və Azərbaycan iqtisadiyyatına reinteqrasiyası aspektindın də çox önəmlidir. Bütün bunlar ondan xəbər verir ki, biz qısa zamanda daha çox vətəndaşımızın Laçında məskunlaşmasını və Laçının Azərbaycan iqtisadiyyatına daha çox töhvə verməsini müşahidə edəcəyik".
 
Məsələ ilə əlaqədar AZXEBER.COM-a danışan politoloq Yeganə Hacıyeva Laçın dəhlizi ətrafında Azərbaycan əhalisinin işğaldan azad olunmuş rayonlara yerləşdirilməsini "Böyük qayıdış" strategiyasının bir hissəsi adlandırıb:

"Laçına yerləşmə Ermənistan sərhəddində 30 ilə yaxın işğal altında qalmış torpaqlarımızın quruculuq strategiyasının bir hissəsi kimi həyata keçirilir. Laçının vacib strateji məkanlardan olması, Ermənistan-Azərbaycan sərhəddi və Asiya-Avropa daşınmalarında böyük rol oynayan Laçın dəhlizi ətrafında Azərbaycan əhalisinin yerləşməsi "Böyük qayıdış" strategiyasının bir hissəsi kimi uğurla həyata keçirilir.
  
Azərbaycan Ermənistanla sərhəddə aktiv şəkildə Laçın rayonunun dirçəldilməsi fəaliyyətini göstərir. Bu hal da Ermənistan və havadarları tərəfindən qıcıqla qarşılanır. Bununla yanaşı bu onları məmnun etmir". 

""Böyük qayıdış" və işğaldan azad olunmuş regionlarda məskunlaşma Ermənistanda əhalinin hakim dairələrə olan fikrinə də təsir göstərir" - deyən politoloq onların bizim torpaqlara heç bir bağlılıqlarının olmadığını  qeyd edib:

"Ermənilər bu gün üçün "30 il ərzində Ermənistan hökuməti Laçında nə edib?" sualı ilə Azərbaycanın 3-4 aya etdiklərini müqayisə edirlər. Deyə bilərəm ki, bunun ermənilər üçün bir əhəmiyyəti yoxdur. Çünki onların o torpaqlara heç bir bağlılıqları yoxdur. Bizim üçün o torpaqların maddi və mənəvi dəyinin əvəzsiz olduğu üçün Laçında aparılan yenidənqurma işləri vacib faktordur.
 
İşğaldan azad edilmiş rayonların həmçinin Laçının dirçəldilməsi sülh və stabillik platforması elan edilməsinin bir hissəsidir. Yekun olaraq onu da qeyd edim ki,  Azərbaycanda, işğaldan azad olunmuş ərazilərimizdə  siyasi-iqtisadi və təhlükəsizlik baxımından strateji quruculuq işləri davam etdiriləcək".

Günel Hüseynli

Yazı Medianın İnkişafı Agentliyinin işğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış" mövzusunda dərc edilib.

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu ölkədə vəba epidemiyası elan edilib
20:42 27.06.2026
Bu ölkədə vəba epidemiyası elan edilib
Fərman Həsənov UFC-də qələbə qazanıb
20:35 27.06.2026
Fərman Həsənov UFC-də qələbə qazanıb
Xaricdə təhsil alanların nəzərinə: Möhlət hüququ ilə bağlı qanunvericilikdə dəyişiklik edilə bilər
20:26 27.06.2026
Xaricdə təhsil alanların nəzərinə: Möhlət hüququ ilə bağlı qanunvericilikdə dəyişiklik edilə bilər
Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək
20:14 27.06.2026
Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək
İstanbul hava limanında gərgin anlar: Azərbaycanlı qadının çantasından bunlar çıxdı – VİDEO
19:49 27.06.2026
İstanbul hava limanında gərgin anlar: Azərbaycanlı qadının çantasından bunlar çıxdı – VİDEO
Avtobusda ödəniş etməsəniz, sürücü CƏRİMƏLƏNƏCƏK
19:46 27.06.2026
Avtobusda ödəniş etməsəniz, sürücü CƏRİMƏLƏNƏCƏK
Bu bürclər üçün sevgi və pul qapısı açılır - vaxt çatdı
19:32 27.06.2026
Bu bürclər üçün sevgi və pul qapısı açılır - vaxt çatdı
Servissiz qalan Çin avtomobilləri: Haqsız rəqabət mühiti formalaşır, xaos yaranır
19:22 27.06.2026
Servissiz qalan Çin avtomobilləri: Haqsız rəqabət mühiti formalaşır, xaos yaranır
Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı
19:16 27.06.2026
Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı
Həftəsonu daha da dəhşətli olacaq - Son 150 ilin rekordu qeydə alındı
19:14 27.06.2026
Həftəsonu daha da dəhşətli olacaq - Son 150 ilin rekordu qeydə alındı
Motosikleti “protiv” sürüb yolda hamıya təhlükə yaratdı - Araşdırma aparılır - Video
19:09 27.06.2026
Motosikleti “protiv” sürüb yolda hamıya təhlükə yaratdı - Araşdırma aparılır - Video
Oğlunun dəfninə qatılmayıb, məzarına getmir - “Onu torpaq altında təsəvvür edə bilmirəm”
19:04 27.06.2026
Oğlunun dəfninə qatılmayıb, məzarına getmir - “Onu torpaq altında təsəvvür edə bilmirəm”
Azərbaycan Ordusu gücünə görə dünyada neçəncidir?
18:57 27.06.2026
Azərbaycan Ordusu gücünə görə dünyada neçəncidir?
Bakıda binanın damında yeni mənzil tikib satışa çıxardılar - Video
18:53 27.06.2026
Bakıda binanın damında yeni mənzil tikib satışa çıxardılar - Video
“Bir qədər tələsikliyə yol verilib” - AMEA-dan həmin görüntülərlə bağlı açıqlama - Video
18:50 27.06.2026
“Bir qədər tələsikliyə yol verilib” - AMEA-dan həmin görüntülərlə bağlı açıqlama - Video
Əfqanıstanda güclü zəlzələ oldu
18:46 27.06.2026
Əfqanıstanda güclü zəlzələ oldu