Laçında Qarabağ Universitetinin tələbələri ilə görüş keçirildi - FOTOLAR

Laçında Qarabağ Universitetinin tələbələri ilə görüş keçirildi - FOTOLAR
SOSİAL
11:20 25.09.2026
156
23 sentyabr 2026-cı il tarixində Qarabağ Dirçəliş Fondu, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi və Qarabağ Universitetinin birgə təşkilatçılığı ilə "Qarabağın azad olunması və dirçəlişində gənclərin rolu” mövzusunda dəyirmi masa keçirilib.

AZXEBER.COM xəbər verir ki, Anım Gününün 6-cı ildönümünə həsr olunan tədbirdə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, eləcə də universitetin professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

Tədbirin əvvəlində Vətənin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov Qarabağın azad olunmasının Azərbaycan dövlətinin uzun illər ərzində həyata keçirdiyi ardıcıl siyasətin və xalqımızın milli həmrəyliyinin nəticəsi olduğunu vurğulayıb. O, 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərin ərazi bütövlüyümüzün bərpası ilə yanaşı, Qarabağın yeni inkişaf mərhələsinin əsasını qoyduğunu bildirib.

Məsim Məmmədov qeyd edib ki, bu gün azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri, insanların öz doğma yurdlarına qayıdışının təmin edilməsi və burada yeni həyatın qurulması Zəfərin quruculuq mərhələsinin məntiqi davamıdır. Bildirib ki, vaxtilə işğal nəticəsində yurdlarından didərgin düşmüş insanların bu gün doğma torpaqlarına qayıdaraq burada təhlükəsiz və müasir şəraitdə yaşamalarının təmin edilməsi dövlət siyasətinin mühüm nəticələrindən biridir.

Xüsusi nümayəndə vurğulayıb ki, Qarabağda həyatın yenidən bərpa olunması yalnız şəhərlərin və kəndlərin qurulması deyil, həm də xalqımızın milli-mənəvi dəyərlərinin, tarixi yaddaşının və doğma torpaqlarla bağlılığının yaşadılması deməkdir. Şəhidlərimizin canları bahasına azad edilən bu torpaqlarda insanların yenidən məskunlaşması, uşaqların burada böyüməsi, məktəblərin, mədəniyyət ocaqlarının və sosial həyatın formalaşması şəhidlərimizin əziz xatirəsinə göstərilən ən böyük ehtiramdır.

Məsim Məmmədov Laçının timsalında şəhər və kəndlərdə aparılan bərpa işləri, əhalinin qayıdışı, sosial-iqtisadi və mədəni inkişaf istiqamətində görülən işlər barədə məlumat verib. O vurğulayıb ki, Qarabağın dayanıqlı inkişafında gənclərin bilik və bacarıqları, təşəbbüskarlığı və fəal iştirakı xüsusi əhəmiyyət daşıyır.
Məsim Məmmədov bildirib ki, Qarabağı azad edən gənc nəsil qarşıdakı mərhələdə bu torpaqların dirçəlişinə və gələcək inkişafına da öz töhfəsini verməlidir. Bu baxımdan, gənclərin müasir biliklərə yiyələnməsi, peşəkar və yaradıcı potensialının inkişaf etdirilməsi Qarabağın gələcəyi üçün mühüm amillərdəndir.

Çıxışı zamanı I Laçın Beynəlxalq Film Festivalına göstərdiyi dəstəyə görə Qarabağ Dirçəliş Fonduna təşəkkürünü bildirən Məsim Məmmədov festivalın Laçının mədəni dirçəlişinin təqdim olunması və şəhərin beynəlxalq mədəniyyət və yaradıcılıq məkanı kimi formalaşması baxımından əhəmiyyətini qeyd edib.

Tədbirdə çıxış edən Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev yaxın günlərdə Anım Gününün 6-cı ildönümünün qeyd olunacağını xatırladaraq bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi Qarabağın dirçəlişi və eyni zamanda Cənubi Qafqaz regionunda dayanıqlı sülhün bərqərar olunması üçün möhkəm zəmin yaradıb.

Qarabağın dirçəlişinin yalnız infrastrukturun bərpası ilə məhdudlaşmadığını, bu prosesdə insan kapitalının inkişafının xüsusi əhəmiyyət daşıdığını deyən İdarə Heyəti sədrinin sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri ilə yanaşı, bölgənin sosial-iqtisadi inkişafı və insan kapitalının gücləndirilməsi istiqamətində də mühüm addımlar atılır. Təhsilli, peşəkar və təşəbbüskar gənclərin yetişdirilməsi Qarabağın uzunmüddətli və dayanıqlı inkişafının əsas şərtlərindən biridir.

İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərinə toxunan İdarə Heyətinin sədri bərpa prosesində gənclərin, xüsusən də tələbələrin rolundan da danışıb:

"Bu günün tələbələri sabahın mütəxəssisləri, iş adamları, investorlarıdır. Onlar mühüm vəzifələr tutmaqla ölkənin sosial-iqtisadi həyatında aktiv iştirak edəcəklər və azad olunan ərazilərin bərpasına öz töhfələrini verəcəklər. Buna görə də Fond olaraq tələbələrlə, gənclərlə mütəmadi görüşlərin keçirilməsi, onların düşüncə və təkliflərinin öyrənilməsi bizim üçün çox vacibdir”.

İdarə Heyətinin sədri Qarabağ Universiteti ilə əməkdaşlığa toxunaraq xüsusən qeyd edib ki, hazırda 50 tələbəni əhatə edən Fondun təqaüd proqramı gələcəkdə daha da genişləndiriləcək.

Qarabağ Universitetinin rektoru Şahin Bayramov çıxış edərək universitetin Qarabağın gələcək inkişafında insan kapitalının formalaşdırılması baxımından rolundan bəhs edib. Bildirib ki, universitetin əsas məqsədlərindən biri tələbələrə müasir və keyfiyyətli təhsil verməklə yanaşı, onların gələcəkdə regionun sosial-iqtisadi və mədəni inkişafında fəal iştirakına şərait yaratmaqdır. O, tələbələrin bu kimi müzakirələrə cəlb olunmasının onların Qarabağın gələcəyi ilə bağlı fikir və təşəbbüslərinin formalaşmasına mühüm imkan yaratdığını vurğulayıb.

Qeyd edək ki, tədbir zamanı Qarabağ Dirçəliş Fondunun təşkilatçılığı və dəstəyi ilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərinə həsr olunmuş "Faciədən Zəfərə” adlı videoçarx da nümayiş olunub. 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Vəzir Həsənovun idarəsində yoxlama: Bu şəxslər cəzalandırıldı
12:28 25.09.2026
Vəzir Həsənovun idarəsində yoxlama: Bu şəxslər cəzalandırıldı
“Artıq dünya Netanyahuya etiraz edir” – BMT-də nə baş verir?
12:27 25.09.2026
“Artıq dünya Netanyahuya etiraz edir” – BMT-də nə baş verir?
Yelo Bank-ın 0% komissiyalı biznes kampaniyasına qoşulun!
12:25 25.09.2026
Yelo Bank-ın 0% komissiyalı biznes kampaniyasına qoşulun!
Prezident Kobaxidzeyə zəng etdi
12:08 25.09.2026
Prezident Kobaxidzeyə zəng etdi
Bu şəxslər dövlət qulluğu vəzifəsini tuta bilməyəcəklər
12:07 25.09.2026
Bu şəxslər dövlət qulluğu vəzifəsini tuta bilməyəcəklər
"Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir"
12:04 25.09.2026
"Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir"
Suraxanıda 11 kiloqram narkotik vasitə aşkarlandı
11:59 25.09.2026
Suraxanıda 11 kiloqram narkotik vasitə aşkarlandı
Xəzər dənizində itkin düşən iki hərbçinin meyiti tapıldı
11:56 25.09.2026
Xəzər dənizində itkin düşən iki hərbçinin meyiti tapıldı
Süni intellektdən istifadə edərkən hansı halda həbs oluna bilərsiniz? - Hüquqşünasdan açıqlama
11:56 25.09.2026
Süni intellektdən istifadə edərkən hansı halda həbs oluna bilərsiniz? - Hüquqşünasdan açıqlama
İlham Əliyev “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktorunu qəbul etdi - FOTOLAR
11:54 25.09.2026
İlham Əliyev “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktorunu qəbul etdi - FOTOLAR
Humanitar Kollecin kollektivi Ağdamda “Musiqimiz – Kimliyimiz” konsert proqramı ilə çıxış edib - FOTOLAR
11:49 25.09.2026
Humanitar Kollecin kollektivi Ağdamda “Musiqimiz – Kimliyimiz” konsert proqramı ilə çıxış edib - FOTOLAR
Hərbçilərin maaşı bu qədər artacaq
11:40 25.09.2026
Hərbçilərin maaşı bu qədər artacaq
Azərbaycan universitetləri dünya reytinqində mövqelərini gücləndirib
11:39 25.09.2026
Azərbaycan universitetləri dünya reytinqində mövqelərini gücləndirib
Prezident Tacikistanın Baş nazirini qəbul etdi - FOTOLAR
11:38 25.09.2026
Prezident Tacikistanın Baş nazirini qəbul etdi - FOTOLAR
Almaniyanın “sülh” siyasətində ziddiyyət – Paşinyana mükafatın arxasında nə dayanır?
11:21 25.09.2026
Almaniyanın “sülh” siyasətində ziddiyyət – Paşinyana mükafatın arxasında nə dayanır?
Laçında Qarabağ Universitetinin tələbələri ilə görüş keçirildi - FOTOLAR
11:20 25.09.2026
Laçında Qarabağ Universitetinin tələbələri ilə görüş keçirildi - FOTOLAR