Laçın şəhər 2 nömrəli tam orta məktəbdə, həmçinin rayonun Ə.Məmmədov adına Zabux və Sus kənd tam orta məktəblərində "Son zəng” tədbirləri keçirilib.
AZXEBER.COM xəbər verir ki, tədbirlərdə iştirak edən müəllim və şagird kollektivləri üçün bu anlar duyğulu, unudulmaz olub.
Qeyd edək ki, 2025-ci il üzrə Laçın rayonunda ümumilikdə 15 şagird tam orta təhsil səviyyəsini başa vuraraq məzun adını qazanıb.