Lady Radio 8 mart Qadınlar Bayramı münasibətlə cəmiyyətdə aktiv, ictimaiyyətçi, sənətçi xanımların dəvət edildiyi Red Party təşkil etdi. Maraqlı çıxışlar, viktorinalar, musiqi ilə yadda qalacaq tədbirdə xüsusi dress kod seçilmişdi. Belə ki, tədbirə dəvət alan xanım və bəylərin geyimi üzərində mütləq qırmızı element olmalı idi.
AZXEBER.COM-un məlumatına görə, radionun təsisçisi İlhamə Novruzova bildirib: “Lady radio” fəaliyyət göstərdiyi 1 il ərzində hər zaman qadın hüquqlarının müdafisəsinə, qadınların ictimaiyyətdə aktivliyinin artırılmasına yardımçı olub. Radiomuzun məhz 8 martda yaranması da təsadüfi deyil.. Lady Radionun sloqanı budur: “Biz dünyaya zəif deyil, yalnız zərif olduğumuzu sübut edəcəyik”. Bunu hər gün əməli ilə sübut edən bir sıra xanımımızı bu səbəbdən xüsusi diplomlarla təltif etmək istəyirik”:
Millət vəkilləri Qənirə Paşayeva, Gülər Əhmədova, Jalə Əliyeva, Sevinc Hüseynova, Gövhər Baxşəliyeva, Hesablama Palatasının auditoru Mehriban Alışanova , “Azərbaycan qadını” layihəsinin rəhbəri Mahirə Əsədova, Lady radionun yaranmasına verdiyi xüsusi dəstəyə görə “Təmiz dünya” Qadınlara yardım İB sədri Mehriban Zeynalova, teleaparıcılar Vəsilə Vahıdqızı, Samirə Mustafayeva, Nərgiz Cəlilova, Lətafət Ələkbərova, Araz FM radiosunun direktoru Vüsalə Kərimova, Park Bulvar AVM – nin PR meneceri Günay Malikqızı, ANSPRESS – in mədəniyyət üzrə müxbiri Zülfiyyə Qurbanova ilin fəal xanımları kimi Lady Radio və “Boxça” studiyası tərəfindən diplom və hədiyyələrə layiq görülüblər.
Neon – Palace-da gənclər təşkilatları, həmçinin QHT, media və ictimaiyyət nümayəndələrinin dəvət aldığı tədbirdə Nadir Qafarzadə, Elnur Məmmədov, Ayaz Qasımov, Zabir Əliyev, Nüşabə Ələsgərli, “Cahan” qrupu, Yaşar şux mahnıları ilə tədbirə xüsusi rövnəq qatdılar.