Bu haqda AZXEBER.COM-a radionun direktoru Ramil Ağasıyev məlumat verib. Onun dediyinə görə, bu verilişin Azərbaycanda analoqu yoxdur: "Tam səmimi deyirəm ki, Azərbaycan radio sferasında hələ belə bir layihə olmayıb. Bu sözümə gülənlər, mənə inanmayanlar çox yox, sadəcə bir dəfə "Gün Keçdi"ni dinləyərlər. Buradan bütün konomanlara, melomanlara, yorğunlara, həyatdan bezənlərə, həyata aşiq olanlara, sevənlərə, sevgiden yorulanlara, səmimilərə və özlərini bu adla aldadanlara səslənirəm hər həftənin cümə axşamları gecədən bircə dəqiqə keçmiş "Gün keçdi" verilişini dinləməyi unutmayın. Burada sizi hər kəs başa düşəcək. Bir sözlə, bu yalnız və yalnız siz dinləyicilərin verilişi olacaq və sizin yuxunuz gəlməyəcək, çünki biz gələcəyik ".
Qeyd edək ki, "Gün keçdi" verilişini Ramil Ağasıyev və Sənan Əlləz aparacaq. Verilişin ilk canlı yayımı cümə axşamı saat 00.01-də ladyradio.az-da yayımlanacaq.
Artıq verilişin anonsu da hazırdır. Anons sosial şəbəkələrdə böyük maraqla qarşılanıb. AZXEBER.COM portalı "Gün keçdi"nin anonsunu təqdim edir.