Azərbaycanın əməkdar artist Lalə Məmmədova bacısı oğlu Vüqarın ailəsini çox sevindirdiyini bildirib.AZXEBER.COM-un məlumatına görə, müğənni şəxsi "instagram" səhifəsində onun ali məktəbə qəbul imtahanından yüksək nəticə əldə etdiyini yazıb. Lalə Məmmədova “Əziz bacım oğlu Vüqar ailəmizi sevindirdi. 640 bal topladı. Afərin!”, deyə təəssüratlarını bölüşüb.Qeyd edək ki, iyulun 20-də ali təhsil müəssisələrinin bakalavr pilləsinə II və III ixtisas qrupu üzrə qəbul imtahanları keçirilib.