Lamiyə Quliyevanın uşağı ilə bağlı DNA testi ediləcək

Lamiyə Quliyevanın uşağı ilə bağlı DNA testi ediləcək
Bütün Xəbərlər
17:47 27.01.2015
1940
Bu barədə AZXEBER.COM-a İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin rəhbəri Elçin Behbudov məlumat verib.
O deyib ki, bu gün Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyevlə telefon söhbəti olub və bu barədə penitensiar sistemin rəhbəri ona bildirib.
M.Quliyev deyib ki, 4 saylı qadın cəzaçəkmə müəssisəsində məhkum həyatı yaşayan Lamiyə Quliyevanın qapalı müəssisədə dünyaya gətirdiyi uşaqla bağlı DNA testi ediləcək. Bu, uşağın atasının kimliyinin müəyyən edilməsi məqsədi ilə edilir. M.Quliyev bildirib ki, uşağın atası canını qurtara bilməyəcək və dünyaya gələn uşağa aliment verilməlidir.
M.Quliyev hazırda uşağa lazımi qayğı göstərildiyini və sağlam olduğunu bildirib.
E.Behbudov sonda onu da deyib ki, bu günlərdə L.Quliyeva ilə 4 saylı qadın cəzaçəkmə müəssisəsində görüşəcək.
Orxan
OXŞAR XƏBƏRLƏR