Laricaninin öldürülməsi böyük bir səhv idi

Laricaninin öldürülməsi böyük bir səhv idi
DÜNYA
01:16 02.10.2026
226
İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin öldürülməsi böyük bir səhv idi.

Bunu Rusiya Prezidenti Vladimir Putin Valday Müzakirə Klubunun plenar iclasında qeyd edib.

"Bu, böyük bir səhvdir. Hər şeyə baxmayaraq, şəxsən yaxşı tanıdığım cənab Laricani çox pozitiv bir insan idi və əlbəttə ki, ilk növbədə İran xalqının maraqları naminə qarşılıqlı məqbul kompromislər axtarmağa hazır idi. Buna görə də, bu, hər hansı bir hüquqi qiymətləndirmədən kənarda bir səhvdir. Çünki Fars körfəzində sülhə gətirib çıxara biləcək kompromislər və həll yolları tapmaq üçün belə bir insana ehtiyac olardı”, - deyə Putin bildirib.

Əli Laricani bu il 17 martda ABŞ və İsrailin hücumu nəticəsində öldürülüb.
 
///modern.az///
OXŞAR XƏBƏRLƏR