Avropa Cüdo İttifaqının prezidenti, Beynəlxalq Cüdo Federasiyasının vitse-prezidenti Laslo Tot və xanımı Afaq Tot 4–12 oktyabr tarixlərində Azərbaycanda səfərdə olublar.
AZXEBER.COM xəbər verir ki, səfər çərçivəsində qonaqlar Bakıda keçirilən Cüdo üzrə Dünya Çempionatında, münasibətilə təşkil olunan möhtəşəm Judo Gala ziyafətində, eləcə də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında təşkil olunan konsert proqramında iştirak ediblər.
Oktyabrın 12-də isə Heydər Əliyev Mərkəzində Vətən müharibəsində Azərbaycan xalqının qəhrəmanlığına həsr olunmuş "44” bədii filmini izləyiblər.
Qeyd edək ki, əslən azərbaycanlı olan Afaq Tot Azərbaycan Dövlət Akademik Filarmoniyasında baş musiqi redaktoru, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin teatr sektorunda isə məsləhətçi vəzifəsində çalışıb.
O, həmçinin beynəlxalq festival və müsabiqələrin təşkilində fəal iştirak edib.













































