Latviya ərazisində PUA qalıqları aşkarlanıb

Latviya ərazisində PUA qalıqları aşkarlanıb
DÜNYA
18:56 24.10.2026
198
Latviyanın Aluksne diyarının Liepna volostunda pilotsuz uçuş aparatının (PUA) qalıqları aşkarlanıb.

Bu barədə ölkənin Müdafiə Nazirliyinin sosial şəbəkələrdə yaydığı məlumatda deyilir.

"Oktyabrın 18-də Latviyanın hava məkanına daxil olduğu ehtimal edilən xarici pilotsuz uçuş aparatı tapılıb. Partlayışa bənzər səs barədə məlumat daxil olduqdan sonra Milli Silahlı Qüvvələr Dövlət Polisi ilə əməkdaşlıq çərçivəsində mümkün düşmə yerinin axtarışına başlayıb", - məlumatda qeyd olunub.

Hazırda hadisənin başvermə şəraiti araşdırılır.

Bildirilib ki, insident zamanı mülki şəxslər xəsarət almayıb, həmçinin mülki infrastruktura ziyan dəyməyib.
 
///report///

OXŞAR XƏBƏRLƏR