Latviyalı nazir Heydər Əliyevin məzarını ziyarət etdi

Latviyalı nazir Heydər Əliyevin məzarını ziyarət etdi
Bütün Xəbərlər
11:40 14.11.2011
552

AzərTAc xəbər verir ki, Latviya Respublikasının iqtisadiyyat naziriDaniels Pavlutsun rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 14-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşdur. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə güllər düzülmüşdür. Sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad etmiş, “Əbədi məşəl” abidəsinin önünə əklil qoymuşlar. Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən latviyalı qonaqlara Şəhidlər xiyabanının tarixi və paytaxtımızda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilmişdir.

OXŞAR XƏBƏRLƏR