Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Azərbaycana səfər edən Latviyanın keçmiş prezidenti Valdis Zatlers oktyabrın 7-də Qəbələ rayonuna səfər edib.AZXEBER.COM-un məlumatına görə, qonaq Qəbələdə “Tufan” dağ-xizək yay-qış istirahət kompleksinin inşası, “Gilan piano” MMC-nin “Beltmann” piano fabriki, “Fitnes” sağlamlıq mərkəzi, “Qəbələnd” İstirahət və Əyləncə Mərkəzi, Qəbələ konserv və limonad zavodları ilə tanış olub.V. Zatlersə bölgənin turizm imkanları barədə geniş məlumat verilib.