Lavrov Azərbaycanda səfərdədir - YENİLƏNİB

Lavrov Azərbaycanda səfərdədir - YENİLƏNİB
Bütün Xəbərlər
17:13 03.04.2012
1008

17:10 AzərTAc xəbər verir ki, Azərbaycanda rəsmi səfərdə olan Rusiya Federasiyasının xarici işlər naziriSergey Lavrovun rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 3-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşdur. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə tər güllər düzülmüşdür. Sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad etmiş, “Əbədi məşəl” abidəsinin önünə əklil qoymuşlar. Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən rusiyalı qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilmişdir. ---------- 16:24 Azərbaycanda səfərdə olan Rusiyanın xarici işlər naziriSergey Lavrovçərşənbə axşamı Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib.

Rusiyanın xarici işlər naziri ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoyub, sonra görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarına gül dəstələri düzüb. Nazir Şəhidlər xiyabanını ziyarət edib, "Əbədi məşəl" kompleksi önünə əklil qoyub. Qeyd edək ki, Lavrovun bu gündən Azərbaycana rəsmi səfəri başlayıb. ---------- 14:28 Rusiyanın xarici işlər naziriSergey Lavroviki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyinə həsr olunmuş rəsmi səfərlə Azərbaycana gəlib. Rusiya XİN-in rəhbəri aprelin 3-4-də Azərbaycana səfəri zamanı Azərbaycan Prezidentiİlham Əliyev, Baş nazirArtur Rasizadə, həmçinin xarici işlər naziriElmar Məmmədyarovla görüşəcək.Bir az əvvəl bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsiAleksandr Lukaşeviçbildirib. "20 il ərzində xalqlarımız arasında münasibətlərin mehriban qonşuluq və dostluq ruhunda möhkəmləndirilməsinə yönəldilmiş əməkdaşlığın yüksək səviyyəsi əldə edilib. Biz Azərbaycanı regionda strateji tərəfdaş hesab edirik", - Lukaşeviç qeyd edib.
OXŞAR XƏBƏRLƏR