Lavrov Çinə gedib

Lavrov Çinə gedib
DÜNYA
09:41 13.07.2025
237
Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclasında iştirak etmək üçün Çinə gəlib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın verdiyi məlumata görə, ŞƏT-in XİNŞ iclası 14–15 iyul tarixlərində Tyançzin şəhərində keçiriləcək. Nazirlik səviyyəsində keçirilən bu iclas təşkilatın 30 avqust – 1 sentyabr tarixlərində həmin şəhərdə baş tutacaq sammitinə hazırlıq baxımından əsas mərhələlərdən biri olacaq. Diplomatın sözlərinə görə, Lavrovun tədbir çərçivəsində bir sıra ikitərəfli görüşləri də planlaşdırılıb.
OXŞAR XƏBƏRLƏR