Lavrov: “Qarabağdakı vəziyyəti diqqətdən kənar qoymayacağıq”

Lavrov: “Qarabağdakı vəziyyəti diqqətdən kənar qoymayacağıq”
SİYASƏT
16:55 26.01.2021
807
"Uzun illər ərzində Dağlıq Qarabağ münaqişəsinin həll olunmasına ciddi əhəmiyyət verirdik. Bu baxımdan Fransa və ABŞ-ın da daxil olduğu ATƏT-in Minsk qrupunun üç həmsədri arasında məhz biz hamı tərəfindən razılaşdırılmış, münaqişəyə son qoyulmasına töhfə verəcək prinsiplər çərçivədə ən müxtəlif fikirlər ardıcıl olaraq təşviq edirdik. Bir neçə il əvvəl Azərbaycan və Ermənistan tərəfdən yüzlərlə, minlərlə insanın həyatını xilas etməyə kömək edəcək razılaşmalar əldə etmək şansımız var idi. Təəssüf ki, o zaman bu, alınmadı”.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Məhəmməd Cavad Zəriflə birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, hazırda vəziyyət fərqlidir, real proses gedir. "Prezident Putinin vasitəçilik səyləri, onun Azərbaycan Prezidenti və Ermənistanın baş naziri ilə apardığı çoxsaylı danışıqlar nəticəsində 9 Noyabr razılaşması imzalandı. Bu razılaşma bütün döyüş əməliyyatlarının tamamilə dayandırılması ilə yanaşı, əksəriyyəti Rusiya və ATƏT-in Minsk qrupunun digər həmsədrləri tərəfindən hazırlanan prinsiplərə uyğun olan həll yollarını nəzərdə tutur. Vəziyyət bu prinsiplərə uyğun formalaşdı, lakin çoxsaylı insan itkisi bahasına”, - S.Lavrov söyləyib.

"Dağlıq Qarabağdakı vəziyyəti diqqətdən kənar qoymaq niyyətində deyilik. Yanvarın 11-də Moskvada Putin, Əliyev və Paşinyanın iştirakı ilə keçirilən sammit də bunu bir daha təsdiqlədi. Görüşdə praktikada razılaşmanı reallaşdıracaq və bütün iqtisadi əlaqələrin, nəqliyyat kommunikasiyalarının və ümumilikdə regionda bütün iqtisadi və humanitar həyatı bərpa edəcək mexanizmin yaradılması barədə razılıq əldə edildi”, - Rusiya XİN başçısı vurğulayıb.

Rusiya, Azərbaycan və Ermənistanın sülh yolunda qarşılaşacaqları yeni çağırışların olub-olmayacağına dair sualı cavablandıran S.Lavrov qeyd edib ki, İran, Türkiyə və Gürcüstan da bölgənin dinc və firavan yaşamasında maraqlıdır: "Ümumilikdə üç Qafqaz respublikasının Rusiya, İran və Türkiyənin iştirakı ilə, yeni reallıqları – müharibənin olmamasını və bütün blokadaların aradan qaldırılması barədə razılığın əldə edildiyini nəzərə alaraq yeni münasibətlər qurması barədə təşəbbüslər səsləndirirlir”.
 
///Report
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Ağdamdakı dəhşətli cinayətin təfərrüatı
09:32 11.10.2026
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Ağdamdakı dəhşətli cinayətin təfərrüatı
Premyer Liqa: “Qarabağ” “İmişli”yə, “Turan Tovuz” “Şəfa”ya qarşı
09:24 11.10.2026
Premyer Liqa: “Qarabağ” “İmişli”yə, “Turan Tovuz” “Şəfa”ya qarşı
Tramp İranı “çox pis ölkə” adlandırıb
09:20 11.10.2026
Tramp İranı “çox pis ölkə” adlandırıb
Şəmkirdə gənc oğlan qardaşı tərəfindən bıçaqlandı
09:16 11.10.2026
Şəmkirdə gənc oğlan qardaşı tərəfindən bıçaqlandı
"İnter Mayami" MLS-də "Di Si Yunayted"ə qalib gəlib, Messi dubl edib
09:10 11.10.2026
"İnter Mayami" MLS-də "Di Si Yunayted"ə qalib gəlib, Messi dubl edib
Tramp və Netanyahu İranla bağlı mümkün hücumu müzakirə ediblər
09:06 11.10.2026
Tramp və Netanyahu İranla bağlı mümkün hücumu müzakirə ediblər
ABŞ Konqresində Rusiya neftinin alınmasının qadağan edilməsi üçün qanun layihəsi hazırlanır
09:00 11.10.2026
ABŞ Konqresində Rusiya neftinin alınmasının qadağan edilməsi üçün qanun layihəsi hazırlanır
İranda daşqınlar nəticəsində bir nəfər ölüb, iki nəfər itkin düşüb
08:52 11.10.2026
İranda daşqınlar nəticəsində bir nəfər ölüb, iki nəfər itkin düşüb
BMT-nin baş katibi Ər-Riyad hava limanına hücumu pislədi
08:43 11.10.2026
BMT-nin baş katibi Ər-Riyad hava limanına hücumu pislədi
Honq-Konqda meymun çiçəyi xəstəliyinə yoluxma halları artıb
08:36 11.10.2026
Honq-Konqda meymun çiçəyi xəstəliyinə yoluxma halları artıb
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb
08:30 11.10.2026
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb
Səudiyyə Ərəbistanı hava limanına hücuma sərt cavab veriləcəyini açıqlayıb
08:26 11.10.2026
Səudiyyə Ərəbistanı hava limanına hücuma sərt cavab veriləcəyini açıqlayıb
ABŞ Oman körfəzində yük gəmisinə zərbə endirib
08:20 11.10.2026
ABŞ Oman körfəzində yük gəmisinə zərbə endirib
Antalyada baş verən atışmada bir nəfər ölüb, iki nəfər yaralanıb
08:12 11.10.2026
Antalyada baş verən atışmada bir nəfər ölüb, iki nəfər yaralanıb
Tramp Vaşinqtonun husilərlə əlaqədə olduğunu bildirib
08:06 11.10.2026
Tramp Vaşinqtonun husilərlə əlaqədə olduğunu bildirib
Mərkəzi Afrika Respublikasında radikal qruplaşmaların genişmiqyaslı hücumunun qarşısı alınıb
08:02 11.10.2026
Mərkəzi Afrika Respublikasında radikal qruplaşmaların genişmiqyaslı hücumunun qarşısı alınıb