Lavrov: Ukrayna ilə bağlı Rusiyanın maraqlarını nəzərə alan təkliflərə baxmağa hazırıq

Lavrov: Ukrayna ilə bağlı Rusiyanın maraqlarını nəzərə alan təkliflərə baxmağa hazırıq
SİYASƏT
16:37 14.09.2023
288
Moskva Ukrayna ilə bağlı Rusiya Federasiyasının maraqlarını nəzərə alan təkliflərə baxmağa hazırdır.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün myanmalı həmkarı ilə danışıqlarının yekunları ilə bağlı birgə mətbuat konfransında bildirib.

O, ölkəsinin Ukrayna ilə bağlı Rusiya Federasiyasının maraqlarını nəzərə alan təkliflərə baxmağa hazır olduğunu açıqlayıb.

Rusiya XİN başçısı xatırladıb ki, qlobal cənubun bir neçə ölkəsi artıq Ukraynadakı münaqişənin nizamlanması ilə bağlı Rusiyaya təşəbbüslərini göndərib.

"Biz bu təkliflərə necə yanaşırıq? Bu barədə dəfələrlə danışılıb. Biz yerdəki reallıqları və Rusiya Federasiyasının əsas və qanuni maraqlarını nəzərə alacaq hər bir təklifə baxmağa hazırıq", deyə Lavrov vurğulayıb.
 
///Apa
OXŞAR XƏBƏRLƏR