Lavrov və Çavuşoğlu arasında görüş keçirilir

Lavrov və Çavuşoğlu arasında görüş keçirilir
SİYASƏT
11:54 08.06.2022
1003
Türkiyənin paytaxtı Ankarada Rusiyanın xarici işlər naziri Sergey Lavrov və türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında görüş başlayıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi teleqramda məlumat yayıb.

Qeyd edək ki, tərəflər Rusiya-Türkiyə münasibətlərinin vəziyyəti və inkişaf perspektivlərini müzakirə edəcək, həmçinin Ukrayna, Cənubi Qafqaz, Yaxın Şərq və Şimali Afrika, Mərkəzi Asiya və Qara dəniz regionunda durumla bağlı fikir mübadiləsi aparacaqlar.
OXŞAR XƏBƏRLƏR