"Makron Fransa tarixinin ən təcrübəsiz, bacarıqsız rəhbəri kimi tarixə düşəcək"

"Makron Fransa tarixinin ən təcrübəsiz, bacarıqsız rəhbəri kimi tarixə düşəcək"
SİYASƏT
15:22 04.07.2023
1219
Xəbər verdiyimiz kimi, iyunun 27-də Fransanın Nanter şəhərində polis əməkdaşının yol hərəkətinə nəzarət zamanı 17 yaşlı əlcəzairli sürücünü güllələyərək öldürməsi ölkədə kütləvi narazılığa səbəb olub. Etiraz aksiyasında 719 nəfər saxlanılıb. Fransa prezidenti Emmanuel Makron hökumətə ölkədə asayişi bərpa etmək üçün tapşırıq verib.

Fransada baş verən etirazlar prezident Emmanuel Makronun istefasına gətirib çıxara bilərmi?

Bununla bağlı politoloq İlyas Hüseynov AZXEBER.COM-a açıqlama verib.

Politoloq bildirib ki, Fransada polisin zorakı metodlarla yanaşması təəssüf doğurur:

"Fransada qeyri-bərabər münasibət uzun illərdir ki, hökm sürür. Xüsusilə ərəb ölkələrindən, Afrika ölkələrindən gələn şəxslərə bu dözümsüzlük irqi, milli, dini ayrıseçkilik özünü qabarıq şəkildə göstərir. Bu gün Fransada ixtişaşlar geniş xarakter alıb. Dövlət, hakimiyyət, polis bu ixtişaşların qarşısını almaqda acizdir. Emmanuel Makron təcili müşavirə keçirsə də yenidən hadisələr genişlənib. Mənə elə gəlir, ixtişaşlar qalıcı xarakter daşıyacaq. 
Makronun dövründə etirazlar sarı jiletlilərin üsyanı, pensiya islahatları ilə bağlı ictimai çağırışların ardınca 17 yaşlı gəncin güllələnməsi ilə daha da geniş vüsət alıb. Makronun daxili və xarici siyasətdə buraxdığı səhvlər, ermənipərəst mövqeyin nümayiş olunması göz qabağında idi. Maraqlıdır ki, Fransada ixtişaşlar alovlandıqdan sonra Marseldə erməni nümayəndələri ilə görüş keçirilib”. 

İlyas Hüseynov vurğulayıb ki, E.Makron dünyanın ayrı-ayrı coğrafi bölgələrinə müdaxil edir. Lakin bu da uğursuzluqla nəticələnir:

"Fransa prezidenti öz həyat yoldaşı ilə birlikdə Elton Conun konsertinə qatılır, əylənir. Dövlətin idarə edilməsi sadə bir iş deyil. Lakin Fransa prezidenti bu vəzifənin öhdəsindən gələ bilmir. Müstəmləkəçi zehniyyətini ortaya qoyur. Ancaq bu gün beynəlxalq münasibətlər sisteminin çağırışları tamamən başqa yanaşmanı diqtə edir”.

Politoloq hesab edir ki E. Makron Fransa tarixinin ən təcrübəsiz, bacarıqsız rəhbəri kimi tarixə düşəcək:

"Fransada prezidentin istefa verməsi də bir nəticə verməyəcək. Çünki Makron ölkəyə çoxsaylı zərbələr vurub. Bu problemlərin öhdəsindən gəlmək isə çətindir. Makron Fransa tarixinin ən təcrübəsiz, bacarıqsız rəhbəri kimi tarixə düşəcək".

Şəbnəm Zahir
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
20:47 03.11.2026
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Fərhad Quliyev Ukraynada yüksək vəzifəyə təyin olundu
20:41 03.11.2026
Fərhad Quliyev Ukraynada yüksək vəzifəyə təyin olundu
İstanbulda Heydər Əliyev parkının sökülməsi ilə bağlı iddialar dezinformasiyadır - RƏSMİ
20:31 03.11.2026
İstanbulda Heydər Əliyev parkının sökülməsi ilə bağlı iddialar dezinformasiyadır - RƏSMİ
Suriyada "Hizbullah"la əlaqəli qrup neft emalı zavodunda terror aktı hazırladığına görə saxlanılıb
20:29 03.11.2026
Suriyada "Hizbullah"la əlaqəli qrup neft emalı zavodunda terror aktı hazırladığına görə saxlanılıb
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
20:20 03.11.2026
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Natiq Nağıyev vəzifəsindən azad edildi
20:16 03.11.2026
Natiq Nağıyev vəzifəsindən azad edildi
Azərbaycanlı qardaşlar Antalyada Mental Arifmetika Olimpiadasının qalibi olublar
20:10 03.11.2026
Azərbaycanlı qardaşlar Antalyada Mental Arifmetika Olimpiadasının qalibi olublar
Paşinyan: Ermənistan 2027 və ya 2028-ci ildə Aİ-yə üzvlük üçün müraciət edə bilər
20:04 03.11.2026
Paşinyan: Ermənistan 2027 və ya 2028-ci ildə Aİ-yə üzvlük üçün müraciət edə bilər
AYNA: 195 və 195E nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilir
20:00 03.11.2026
AYNA: 195 və 195E nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilir
“TikTok”da xəmir yoğurarkən öldü
19:39 03.11.2026
“TikTok”da xəmir yoğurarkən öldü
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR
19:34 03.11.2026
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR
“Tiktok”da qadına gül atan kişi həbs edildi
19:31 03.11.2026
“Tiktok”da qadına gül atan kişi həbs edildi
Tramp İrana qarşı hərbi əməliyyatı istisna etmir
19:24 03.11.2026
Tramp İrana qarşı hərbi əməliyyatı istisna etmir
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı "arzuolunmaz şəxs" elan edildi - Siyahı
19:09 03.11.2026
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı "arzuolunmaz şəxs" elan edildi - Siyahı
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
19:09 03.11.2026
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
İsraildən uçan təyyarə Sofiya hava limanında təcili eniş edib
18:56 03.11.2026
İsraildən uçan təyyarə Sofiya hava limanında təcili eniş edib