Lavrov və Rubio İstanbul danışıqlarının nəticələrini müzakirə ediblər

Lavrov və Rubio İstanbul danışıqlarının nəticələrini müzakirə ediblər
DÜNYA
18:07 17.05.2025
307
Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığı aparıb.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, tərəflər Rusiya-Amerika təmaslarının davam etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Həmçinin tərəflər İstanbulda keçirilmiş Rusiya-Ukrayna danışıqlarının nəticələrini, eləcə də digər beynəlxalq və regional məsələləri müzakirə ediblər.
 
/Oxu.Az
OXŞAR XƏBƏRLƏR