Layihə çərçivəsində növbəti tədbir Peşə liseyində keçirilib

Layihə çərçivəsində növbəti tədbir Peşə liseyində keçirilib
Bütün Xəbərlər
11:44 25.05.2015
1374
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə Rauf Fərzəliyev tərəfindən icra olunan “Gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinin artırılmasına dəstək” layihəsi çərçivəsində tədbirlərin keçirilməsi davam edir.
Növbəti tədbir 3 №li Sumqayıt Peşə liseyində keçirilib.
Tədbirdə liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini Xuraman Zeynalova, tarix müəllimi Akif Kazımov, liseyin çağırışa qədərki hərbi hazırlıq rəhbəri Səid Abduləliyev, İstehsalat təlimi ustası Lalə Kamilova, liseyin psixoloqu Rəna Mustafayeva, Azərbaycan dili və ədəbiyyat müəlliməsi Xədicə Rzayeva, ekspert Anar Həsənli və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə layihə rəhbəri Rauf Fərzəliyev açıb. R. Fərzəliyev ilk olaraq Bakı şəhərinin Binəqədi qəsəbəsində yerləşən yaşayış binasında baş verən yanğında həlak olan insanların ruhunun 1 dəqiqəlik sükutla yad olunmasını xahiş edib.
Layihə rəhbəri layihənin donoru olan Gənclər Fondu və onun yaranmasından, bu gün respublikada prezident İlham Əliyevin yürütdüyü gənclər siyasətindən və gənclər strategiyasından, həyata keçirilən layihənin məqsədindən danışıb.
Sonra liseyin hərbi hazırlıq rəhbəri Səid Abduləliyev çıxış edərək bu mövzuda layihənin hərbi rəhbəri olduğu liseydə həyata keçirildiyi üçün təşəkkür edib.
S. Abduləliyev gənclərə vətənpərvərlikdən, Azərbaycanın hərbi siyasətindən və bu gün Azərbaycan ordusunun inkişafından bəhs edib. Bu gün torpaqlarımızın 20%-nin işğal altında olduğunu və torpaqlarımızın geri qaytarılması istiqamətində görülən işlərdən, güclənən ordumuzdan danışan hərbi rəhbər gələcəkdə hərbi xidmətə gedəcək gənclərə öz tövsiyələrini və məsləhətlərini verib, onlara Vətənə olan borclarını layiqincə yerinə yetirməkdə uğurlar diləyib.
Liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini Xuraman Zeynalova çıxış edərək yeniyetmə və gənclər arasında vətənpərvərlik mövzusunun təbliğinin əhəmiyyətindən və vacibliyindən danışıb. X. Zeynalova təhsil müəssisələrində bu mövzulara qarşı çox diqqətlə yanaşıldığını xüsusi olaraq qeyd edib və gənclərimizi də bu mövzuda məsuliyyətli olmağa çağırıb.
Daha sonra söz ekspert Anar Həsənliyə verilib. A. Həsənli layihə çərçivəsində növbəti görüşün 3 №li Peşə liseyinin hərbi kabinetində keçirilməsinin mövzu ilə tam uyğun olduğunu vurğulayıb. Gənclərə hərbi vətənpərvərlik mövzusunda görülən işlərdən, Azərbaycanın hərbi sahədə irəliləyişlərindən danışıb. Bundan başqa, ekspert şagirdlərə Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarından danışaraq “Bakı 2015” ilk Avropa Oyunlarının məhz Azərbaycanda keçirilməsinin respublikamızın böyük uğuru olmasını deyib. Respublikamızın qısa vaxtda “Bakı 2015” üçün bütün hazırlıqları tamamlamaq üzrə olduğunu deyən ekspert, bunu dövlətimizin inkişafı, qüdrəti və quruculuğu ilə əlaqələndirib.
Bu gün Azərbaycanda idmana ayrılan diqqət və qayğının gənclərimizin vətənpərvərlik hissinin artırılmasına, sağlam və hazırlıqlı inkişaflarına yönəlməsindən danışan ekspert, məhz Bakıda keçiriləcək ilk Avropa Oyunlarının dünyada Azərbaycanın təmsilində oynayacağı rolunu da xüsusi vurğulayıb.
Tədbir şagirdlər və müəllimlər tərəfindən maraqla qarşılanıb.
Sonda şagirdlərə layihə çərçivəsində hazırlanan bukletlər paylanılıb və xatirə şəkilləri çəkdirilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Mert viza ala bilmədiyi üçün Serenayla gedə bilmədi
19:53 08.08.2025
Mert viza ala bilmədiyi üçün Serenayla gedə bilmədi
ADNSU-nun əlaçı tələbələri Balaxanıda “ADNSU-100” lövhəsinin açılışını ediblər - FOTOLAR
19:51 08.08.2025
ADNSU-nun əlaçı tələbələri Balaxanıda “ADNSU-100” lövhəsinin açılışını ediblər - FOTOLAR
Məşhur aktrisaya AĞIR İTKİ
19:48 08.08.2025
Məşhur aktrisaya AĞIR İTKİ
Hikmət Hacıyev: Prezident İlham Əliyev müharibədə qalib gəldi – indi o sülhü qazandı
19:46 08.08.2025
Hikmət Hacıyev: Prezident İlham Əliyev müharibədə qalib gəldi – indi o sülhü qazandı
Yaşar süni intellektlə çəkilən klipini təqdim etdi - VİDEO
19:25 08.08.2025
Yaşar süni intellektlə çəkilən klipini təqdim etdi - VİDEO
Almaniya İsrailə silah ixracını dayandırıb
19:10 08.08.2025
Almaniya İsrailə silah ixracını dayandırıb
Ukrayna və Moldovanın Aİ üzvlüyü üçün danışıqlar prosesi eyni vaxtda başlayacaq
18:58 08.08.2025
Ukrayna və Moldovanın Aİ üzvlüyü üçün danışıqlar prosesi eyni vaxtda başlayacaq
Çin İsrailin Qəzza ilə bağlı planlarından ciddi narahatdır
18:40 08.08.2025
Çin İsrailin Qəzza ilə bağlı planlarından ciddi narahatdır
Fransa klubu çempionatın başlamasına bir gün qalmış Liqa 2-yə yüksəlib
18:29 08.08.2025
Fransa klubu çempionatın başlamasına bir gün qalmış Liqa 2-yə yüksəlib
Həbsxanaya kartofun içərisində telefon keçirmək istədi
18:06 08.08.2025
Həbsxanaya kartofun içərisində telefon keçirmək istədi
Putin bu ilin sonunda Hindistana səfər edəcək
17:52 08.08.2025
Putin bu ilin sonunda Hindistana səfər edəcək
ADNSU-nun üç əməkdaşı “Qlobal İqlim Dəyişikliyi Çağırışı 2025” müsabiqəsində münsif seçildi
17:38 08.08.2025
ADNSU-nun üç əməkdaşı “Qlobal İqlim Dəyişikliyi Çağırışı 2025” müsabiqəsində münsif seçildi
Ağ Ev: Azərbaycan və Ermənistan sülh razılaşması imzalayacaq
17:33 08.08.2025
Ağ Ev: Azərbaycan və Ermənistan sülh razılaşması imzalayacaq
"Vaşinqton görüşü nəticəsində Cənubi Qafqaz üçün yeni siyasi səhifə açıla bilər" - ŞƏRH
17:20 08.08.2025
"Vaşinqton görüşü nəticəsində Cənubi Qafqaz üçün yeni siyasi səhifə açıla bilər" - ŞƏRH
Yağış yağacaq, leysan olacaq, dolu düşəcək
17:07 08.08.2025
Yağış yağacaq, leysan olacaq, dolu düşəcək
Azərbaycan XİN: Gürcüstandakı münaqişənin ərazi bütövlüyü prinsipləri əsasında həllinin tərəfdarıyıq
17:05 08.08.2025
Azərbaycan XİN: Gürcüstandakı münaqişənin ərazi bütövlüyü prinsipləri əsasında həllinin tərəfdarıyıq