"Çölçü" filmi "Golden Fox Award" baş mükafatına layiq görülüb

MƏDƏNİYYƏT
14:53 14.12.2017
2896
Şamil Əliyevin "Çölçü” filmi Beynəlxalq Cult Filmlər Festivalının (CICFF)-Calcutta Internaional Cult Film Festival Qızıl Tülkü (GOLDEN FOX AWARD) baş mükafatına layiq görülüb.
 
AZXEBER.COM xəbər verir ki, təqdimetmə mərasimi 2017-ci il dekabrın 5-6-da baş tutub. Şamil Əliyev mərasimə qatılıb.
 
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "AZƏRBAYCANFİLM” Kinostudiyasında 2012-ci ildə istehsal olunmuş Şamil Əliyevin "ÇÖLÇÜ” bədii filmi 5 (beş) Qitəni əhatə edərək 33 (iyirmi otuz üç) Beynəlxalq Kino Festivallarında iştirak etmiş, bir sıra mükafatlara layiq görülüb.
 
Bu festivallar A və B kateqoriyalı festivallardır.
 
Festivallar çərçivəsində iştirak etdiyi ölkələrin siyahısına ABŞ, ALMANİYA, İNGİLTƏRƏ, AVSTRALİYA, BİRLƏŞMİŞ KRALLIQ, İTALİYA, İSPANİYA, SERBİYA, RUSİYA, ÇEXİYA, MİSİR, İNDONEZİYA, HİNDİSTAN, TÜRKİYƏ, QAZAXSTAN, TACİKİSTAN, BANQLADEŞ, UKRAYNA, ESTONİYA daxildir. "ÇÖLÇÜ” filmi 5 dəfə (dörd) ƏN YAXŞI FİLM KİMİ BAŞ MÜKAFATLARA, 3 dəfə (üç) ƏN YAXŞI REJİSSOR İŞİNƏ GÖRƏ, ƏN YAXŞI SSENARİ, ƏN YAXŞI QADIN OYUNÇU, YARADICILIQ AXTARIŞLARINA GÖRƏ, JÜRİNİN XÜSUSİ DİPLOM və MÜKAFATLARINA, HÜMAY MİLLİ MÜKAFATINA LAYİQ GÖRÜLMÜŞDÜR.
 
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Azərbaycanfilm” Kinostudiyasında lentə alınmış "Çölçü” filminin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkilib. "Çölçü” filminin süjeti belədir: Şəhər həyatından uzaqda, təbiətlə ünsiyyətdə gənc çölçü yaşayır. Atası Ulu ona çölçülük həyatının sirlərini öyrədir. Atası vəfat edəndən sonra o, qəsəbədən gəlmiş qızla tanış olur. Bu qızla tanışlıq onun həyatında yeni səhifə açır, böyük, onun tanımadığı dünyaya daxil olur...
 
"ÇÖLÇÜ”nün mükafatları: 1. V DIDOR International Film Festival (Tajikistan – Dushanbe, 2012) SPECIAL JURY DIPLOMA – "FOR FAIRYTALE REALITY” JÜRİNİN XÜSUSU MÜKAFATI – "NAĞILVARİ HEKAYƏTƏ GÖRƏ”
2. HUMAY – XXIII, NATIONAL AWARD (BEST FILM), May 2013 (HUMAY MILLI MÜKAFATI)
3. XIV INTERNATIONAL TELEKINOFORUMA "TOGETHER", (YALTA – UKRAINE, 5-11 September,2013), The movie "Steppe man", "Azerbaijanfilm", Baku, Azerbaijan, - "For creative research." (YARADICILIQ AXTARIŞINA GÖRƏ)
4. XV Rainbow Film Festival, from Sunday 25 May to 1 June 2014, London, UK "BEST FEATURE FILM” ("ƏN YAXŞI BƏDİİ FİLM”)
5. «INTERNATIONAL MOVIE AWARDS - 2014», 24th September, Jakarta, Indonesia PLATINUM AWARDS Steppe Man (Azerbaijan Republic), directed by Shamil Aliyev Director ÇÖLÇÜ (Azərbaycan Respublikası), Şamil Əliyev – ƏN YAXŞI REJİSSOR
6. III Uluslararası Van Gölü Film Festivalı, 23-29 sentyabr, 2014. Van, Türkiyə İNCİ KEFALI ÖDÜLÜ / PEARL MULLET AWARD EN İYİ CİNEMA FİLMİ (ƏN YAXŞI BƏDİİ FİLM –BAŞ MÜKAFAT) –ÇÖLÇÜ / BEST FEATURE FILM – STEPPE MAN EN İYİ YÖNETMEN (ƏN YAXŞI REJİSSOR)– ŞAMİL ƏLİYEV (ÇÖLÇÜ)/ BEST DIRECTOR –SHAMIL ALIYEV (STEPPE MAN) EN İYİ SSENARYO (ƏN YAXŞI SSENARİ) – VİDADİ HASANOV (ÇÖLÇÜ)/ BEST SCREENWRITER – VIDADI HASANOV (STEPPE MAN) EN İYİ KADIN OYUNÇU (ƏN YAXŞI QADIN AKTİSA)– SALOME DEMURİA (ÇÖLÇÜ) / BEST ACTRESS (STEPPE MAN)
7. II NOIDA INTERNATIONAL FILM FESTIVAL-2015 Best Director- Jury, «Steppe man», Director: Shamil Aliyev "Ən yaxşı rejissor”, "Cölçü”, rejissor Şamil Əliyev
8. WORLD FILM AWARDS -2015 (INDONESIA, JAKARTA) "GOLDEN WORLD AWARDS 2015”, Steppe man, directed by Shamil Aliyev - International film
9. BUCHAREST BLACK SEA ART FESTIVAL (19-25 MAY) Bucharest – Romania, CERTIFICATE OF HONOR (FƏXRİ FƏRMAN DİPLOMU)
10. CALCUTTA INTERNATIONAL CULT FILM FESTIVAL (INDIA), Month March 2017, BEST NARRATIVE FEATURE FILM (ƏN YAXŞI BƏDİİ FİLM) 11. CALCUTTA INTERNATIONAL CULT FILM FESTIVAL 2017 (INDIA), BEST NARRATIVE FILM – GOLDEN FOX AWARD

OXŞAR XƏBƏRLƏR