ABŞ-ın Missouri əyalətində 15 yaşında ikən qonşu qızını öldürən Alyssa adlı qız etiraf edib. AZXEBER.COM-un məlumatına görə,qız məhkəmədə 9 yaşındakı qonşusunu əlləriylə boğaraq, sinəsindən bıçaqladığını qəbul edib. Cinayətkar qurbanının boğazını da kəsdiyini bildirib. Alyssanın cəzasının müddəti 6 fevralda müəyyən olunacaq. Hal-hazırda məsələ ilə bağlı istintaq işi davam edir. Bununla yanaşı məhkəmədə "Öldürmənin necə bir hiss olduğunu bilmək istəyirdim " deyə Alyssa əlavə edib. Qeyd edək ki, Alyssa Facebook hesabında "insanları öldürməyi" xobbisi kimi qeyd edib. Ozal İbrahimli