Öldürülən rus səfirə görə daha 1 nəfər həbs olundu

Öldürülən rus səfirə görə daha 1 nəfər həbs olundu
DÜNYA
21:23 12.01.2018
1608
Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun qətli ilə bağlı aparılan cinayət işi çərçivəsində daha 1 nəfər həbs olunub.
 
AZXEBER.COM Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, suiqəsddə şübhəli bilinən İnformasiya Texnologiyaları və Əlaqə Təşkilatının işçisi həbs olunub. Bununla da həbs olunanların sayı 7-yə yüksəlib.
 
Xatırladaq ki, A. Karlov 2016-cı il dekabrın 19-da rəsm sərgisi zamanı polis zabiti Mövlüd Mərt Altıntaş tərəfindən qətlə yetirilib.
OXŞAR XƏBƏRLƏR