"Qarabağ" Çinin "Şanxay Şenxua" klubunun Leandro Andradeni heyətinə qatmaq istəməsinə münasibət bildirib.
Bu barədə report-a Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev açıqlama verib.
"Demək olar ki, bir neçə oyunçumuza təkliflər var. Amma dəqiqləşən bir şey yoxdur", - deyə klub rəsmisi bildirib.
Qeyd edək ki, Portuqaliyanın "Record" nəşri 24 yaşlı yarımmüdafiəçinin transferi üçün Çin klubunun "Qarabağ"la danışıqlar apardığını yazıb.